İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
21:57 Dünyaİsrail ordusu Qəzzanın şimalındakı Şati bölgəsində HƏMAS-ın mövqelərinə zərbələr endirdiyini açıqlayıb.
Olaylar.az xəbər verir ki, bu barədə Qətərin "əl-Cəzirə" telekanalı İsrail mediasına istinadən məlumat yayıb.
"Qüvvələrimizə qarşı olan təhlükəni aradan qaldırmaq üçün Qəzza şəhərinə hava hücumunda HƏMAS liderlərini hədəf aldıq. Biz HƏMAS-ın 4 liderini hədəf aldıq. Onlardan biri bölük komandiri, 3-ü isə tabor komandiri idi. Hədəf alınan HƏMAS liderləri Qəzzada qüvvələrimizə qarşı terror hücumu planlaşdırırdılar", - İsrail ordusunun açıqlamasında deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31