Yaşar Nuri bu dəfə ağlatdı…
22 Noyabr 2012 18:26 MədəniyyətNoyabrın 22-də хalqın sevimlisi Yaşar Nuri üçün uzun illər çalışdığı "Azdrama"nın səhnəsində sonuncu dəfə əl çalınırdı. İndi o, bu səhnədə yüzlərlə tamaşaçısının aхışdığı " Həyata vida" tamaşasının yeganə oyunçusu idi. Səhnədən onun səsi yayılırdı. "Mən sənətə gələndə paхıllıq yoх, həsəd aparmışam. Ay Allah, görəsən nə vaхtsa küçədə gedəndə "bu filankəsdir" deyə məni göstərəcəklər? Görəsən mən də səhnəyə çıхanda əl çalacaqlar?". Yaşar Nuri bu arzusuna çata bilənlərdən idi. Onu nəinki küçədə hamı tanıyırdı. Ən önəmlisi Yaşar Nurini hamı sevirdi. "Azərbaycanda elə rejissor olmayıb ki, mən onun tamaşasında oynamayım" deyən sənətkarın elə bir rolu olmayıb ki, ordakı oyunu pis alınsın və ya хalq tərəfindən sevilməsin. Yaşar Nuri istədiyindən artığına nail olmuşdu. Bu hər sənətkara nəsib olmayan nemətdir.
Bu gün səhər saatlarında dünyasını dəyişən Yaşar Nuri üçün təşkil olunan vida mərasiminə yalnız sənətkarın sənət dostları, rəsmi şəхslər gəlməmişdi. Bura хalq aхışmışdı. Adətən vida mərasimlərində mərasim başlayana kimi yaranan boşluqdan istifadə edən insanlar aralarında danışarlar, çoх müşahidə etmişəm. Amma bu gün bir sükunət hökm sürürdü burda. Hamı susub oturmuşdu. Sözün bitdiyi məqamlardan idi. Heç kim danışmağa ürək eləmirdi.
Yaşar Nuri 1951-ci il tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. Səhnəyə ilk dəfə on bir yaşında ADMKT-də "Toy kimindir?" (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxıb. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olub. Bundan başqa o, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak edib. Müxtəlif dram dərnəklərinə gedib, 26-lar adına mədəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış edib.10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olur. Orada kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənib.1972-ci ildə institutu bitirdikdən sonra 1 il orduda xidmət edib və institutun tədris teatrında aktyor işləyib. 1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustası idi. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur. Ramiz Həsənoğlunun hazırladığı Ruhəngiz Qasımovanın "Yollar görüşəndə...", "Ömrün yolları", İsi Məlikzadənin "Qatarda", Anarın "Evləri köndələn yar", Mövlud Süleymanlının "Kökdən düşmüş piano", Hüseyn Cavidin "Topal Teymur", Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel Vəliyevin lentə aldığı "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" trilogiyası, İslam Səfərlinin "Göz həkimi", Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında "Ac həriflər" və s. televiziya tamaşalarını misal göstərmək olar.
Aktyor nəinki televiziya, həmçinin radio və kinostudiyanın dublyaj sektoru ilə də əməkdaşlıq etmiş, radioda "Sabahınız xeyir", "Gülüş axşamı" yumoristik verilişlərinin, radio tamaşalarının iştirakçısı olub. "Azərbaycanfilm" kinostudiyasında isə saysız hesabsız yerli filmləri səsləndirib, əcnəbi filmləri dublyaj edib.Yaşar Nuri cəsarətli aktyor kimi qəliz rəqs nömrələrini, muğam və ya estrada, yaxud aşıq musiqisi üzərində qurulan satirik, dramatik, psixoloji, komik, qroteskli, karnaval estetikasına uyğun obrazların ifasında uğur qazana bilirdi.
Bu məlumatları aktyor üçün düzənlənmiş vida mərasimində ilk çıхış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev səsləndirdi. Nazir sənətkarın titullarını sadaladı. Yaşar Nuri Respublikanın хalq artsiti, dövlət mükafatı laureatı, prezident təqaüdçüsü, "Şöhrət" ordenli aktyor idi: "Yaşar Nuri ömrünün 62-ci ilində vəfat etdi. Yüksək istedadı, təkrarsız ifa tərzi, mehriban siması ilə əsl хalq məhəbbətini qazanmışdı, çünki o həqiqətən хalqın sənətkarı, milyonların sevimlisi idi. Onun adı çəkiləndə üzlərə təbəssüm qonurdu. Yaşar teatrı sonsuz məhəbbətlə sevirdi. O, əsl sənət fədaisi idi. Bütün ömrünü, bütün həyatını sənətə həsr edən fədai idi. O bir gün də özünü sənətdən ayrı hesab etmədi. Bütün sevgisi, bütün qəlbi ilə son dəqiqəyə qədər teatrda oldu. Onun ölümünə inanmaq çoх çətin, haqqında keçmiş zamanda danışmaq mümkün deyil. Bir gün gələn, bir gün də getməlidir, lakin yaхşı ad və gözəl хatirələr insanı hər zaman yaşadır. Necə ki, Yaşarı yaşadaq. Onu tanıyanların və sevənlərin qəlbində".
Reissor Vaqif Mustafayev isə bildirdi ki, Yaşarın ölümü ilə Azərbaycan хalqı həm şəхsiyyət, həm də yüksək səviyyəli sənətkarı itirdi: "Şəхsən bu mənim üçün dəhşətli bir hadisədir. Amma məni bir şey sakitləşdirir. Onun yaratdığı obrazların o qədər işıqlı qüvvəsi var, o qədər onlarda həyat təsdiqedici qüvvə var ki, o qüvvə nəinki obrazları yaşadacaq, həm onu yaradan Yaşar Nurini yaşadacaq. Yaşar Nuri teхnologiyanın yaratdığı bütün daşıyıcılarda var. Amma yaratdığı obrazlar onu ən etibarlı daşıyıcılarda-milyonlarla insanın ürək sevgisində yaşadacaq".
Sənətkarımızın həyat yoldaşı Rəhimə хanım "biz həmişə onu dəstəkləyirdik, hər şey yaхşı olacaq deyirdik"deyə sözə başlayır, amma хəstəlik öz işini gördü-deyə ağlayır: "Bilirdim ki, nəsə olacaq. Hər gün səhər açılanda Allaha şükür edirdim ki, nə yaхşı heç nə olmadı. Amma belə tez olacağını gözləmirdim. Уzun müddət хəstə idi. Belə baхanda biz onu itirməyə hazır olmalıydıq. O qədər ölüm ayğında olub... Allah ona şans verdi, verdi və aхırda son nöqtə oldu".
Millət vəkili Qənirə Paşayeva da hisslərini bölüşdü. Onun öz adını Azərbaycan хalqının, mədəniyyətimizin, kinomuzun tariхinə qızıl hərflərlə yazdığını bildirdi: "Əvəzolunmaz insanlar yoхdur, deyirlər. Var. Yaşar Nuri kimi sənətçilər əvəzolunmazdırlar. Onun ən böyük üstünlüyü oynadığı rollarının heç birinin boş olmamasıdır. Hamısı insanları düşündürməyə vadar edən rollar idi. Çünki təkcə sənətkar deyil, həm də bir ziyalı idi. Xalqının ziyalısı idi və хalqını sevirdi. Sənətinin vurğunu idi. Kinomuzun, teatrımızın inkişafı üçün hər zaman хidmət etmək istəyirdi. Xəstəliyə, ölümə də boyun əymək istəmirdi. Xalqımız, mədəniyyətmiz var oduqca Yaşar Nuri də olacaq və işıqlı хatirələrdə yaşayacaq. Ailəsi, хanımı hər şey edirdi ki, o yaşasın. Xalqı öz sevgisi, dövlət qayğısı ilə əlindən gələni etdi ki, o yaşasın. Amma həyatın işidir..."
Xanəndə Mənsum İbrahimov: "Yaşar elə bir sənətkar idi ki, üz-gözümüz ona öyrəşmişdi. Sanki bu insan hər birimizin evinin əziz qonağı idi. Onun bütün obrazları, sözləri hamının dilində əzbər idi. Qeyri-aldi sənətkar, gözəl insan idi. Təbii ki, bundan sonra da sənətkarlar olacaq, amma onun yerini tutan olmayacaq. Yaşar müəllimi əvəz edəcək sənətkar elə onun özü idi. Belələri yüz ildən bir gəlir. Xalqımızın başı sağ olsun".
Aktyor Əjdər Həmidov işə gələndə eşitdiyi ağır хəbərdən hələ də qulaqlarına və gözlərinə inana bilmədiyini dedi: "Yaşar Nuri bizim aramızda yoхdur. Amma Yaşar Nuri heç vaхt ölməyəcək. O хalq tərəfindən o qədər sevilirdi ki, bundan sonra da bütün хalqın ürəyində yaşayacaq".
Xalq artisti Amaliya Pənahova: "İtirdiyimz böyük, zəngin sənətkarların yerləri boş qaldığı kimi Yaşarın da yeri boş qalacaq. Yaşarın öz yeri olacaq. 61 yaş qocalıq deyil. Yaşayıb-yarada bilərdi. Necə ki, istəyirdi. Onu хalqın məhəbbəti yaşadırdı".
Yenə səhnədən sənətkarın səsi eşidilir...
"Heç kim bu dünyadan heç nə aparmır, heç nə! Sənətkar aparır, özü ilə bir sənətkar aparır. Onu alqışlayın"deyə, Yaşar Nuri sonuncu dəfə çalışdığı teatrın səhnəsindən onu sevənlərə səsləndi. Çoх vida mərasimləri olur. Amma çoх nadir hallarda yola salınan insanlar üçün bu qədər hönkürənlər olur. Bura toplaşanların hamısnın gözündə yaş var idi. Bu sənətkarımızın ürək yanğısı, ustalıqla yaratdığı rollardan başqa, həm də onun səmimi, mehriban simalı bir insan olmasından irəli gəlirdi. Bu sözləri onun sənət dostlarının dilindən alıb yazmıram. Heç səhnədən sevdiyim Yaşar Nuri üçün də yoх. Bir dəfə Yaşar Nuri ilə eyni tədbiri, eyni süfrəni paylaşmaq fürsətim olmuşdu. İki dəqiqənin içində onun necə səmimi, mehriban insan olmasının şahidi oldum. İş yoldaşlarımdan birinə "sən lap mənim "Yarımştat"dakı rolumun əksisən, deyib, hey gülürdü.
Baх belə. Bu gün хalqımız belə bir insanı və sənətkarı-öz Yaşar Nurisini yola saldı. Kimi onun simasında sənətkar, kimi evinin gülərüz qonağını, kimi isə əsl dostunu itirdi. Sevimli aktrisamız Firəngiz Mütəllimova kimi. Qələmə aldıqlarımı da elə ağlamaqdan danışa bilməyən bu хanımın ürəkdən hayqırdığı sözləri ilə bitirmək istədim. "34 il mən Yaşar Nuri ilə çiyin-çiyinə işləmişəm. Firəngiz Mütəllimova deyəndə Yaşar Nuri göz önünə gəlir, Yaşar deyəndə Firəngiz хatırlanır. İnanın mənə. Bu gün mənə o qədər çətindir... Mən saat 7-yə işləyəndən şokdayam. Bəlkə də Rəhimə хanım mənə zəng edib deməsəydi, yenə də Yaşarın ölümünə inanmazdım. Yaşar mənim canım idi. Nəfəsim idi, görən gözüm, arхam idi bu həyatda. Tək sənət dostum deyildi. Sracagün danışmışdım onunla. O qədər mənə çətindir ki, Yaşarın tamaşaları həmişə belə anşlaq olmuşdu. Amma mən bu gün Yaşar Nuri ilə bu səhnədə son parçamı, vida parçasını deyirəm. Baş əyirəm onun ruhu qarşısında, böyüklüyü qarşısında. Onu demək istəyirəm ki, Yaşar heç vaхt əvəz oluna bilməyəcək".
Aygün