Dəyişən zamanda dəyişməyən həqiqətlər romanı-MÖVQE
28 Sentyabr 2012 15:00 MədəniyyətŞamil Vəliyev
filologiya elmləri doktoru
əvvəli ötən sayımızda
Gətirilən fillərin üstünə zireh çəkildi, köşklər quruldu və ən mahir oxçular bu köşklərdə yerləşdirildi.
Rum elinin bütün məşhur döyüşçülərini və bəylərini başına toplayan İldırım Bəyazid də öz qoşununu sıraya düzdü. Sağ cinah yalnız qara paltarda olan, bütün¬lükdə zirehə bürünmüş, bu səbəbdən yalnız gözləri görünən iyirmi min serb döyüşçüsünə başçılıq edən Stefana tapşırıldi. Şahzadə Çələbi sol cinaha təyin edildi. Onun oğlanlari İsa, Musa, Mustafa arxada dayandı. Digər bəylər, əmirlər - Fərəh paşa, İgidbəy, Temurtaş, Xoca Firuz, İsabəy, Həsən paşa, Murad paşa, Əli paşa, Yaqub, Yüsif, Eltarban, Başıaçıq, Eldəgiz və başqaları də öz yer¬lə¬rini tutdular. ("Dünyanın hakimi", s.313-314).
Əmir Teymurun cahangirlik-fatehlik iddialarından daha çox onun haqq, ədalət arzularına, islamın qanunları ilə yaşamaq prinsiplərinə aydınlıq gətirən yazıçı Yunus Oğuz romanda ümumtürk RUH-unu ayrı-ayrı tip, xarakter və şəxsiyyətlər miqyasında-ölçüsündə ifadə etmir. Əksinə onu ordu birlikləri, nəsil şəcərəsi və Turan coğrafiyasında işıqlandırır. Belə olduğuna görədir ki, hadisələrin axarında Əmir Teymur və onun əsgərləri, elçiləri, dilmancları, tacirləri, müttə¬fiqləri, ordu başçıları, casusları və sair özünəməxsus keyfiy¬yətləri ilə maraq doğururlar. Bu isə romanın təsir gücünü artırır, süjet xəttinin dinamikasını sürətləndirir, hadisələrin çoxşaxəli itnki¬şafını müəyyənləşdirir və ziddiyyətlərin artmasına səbəb olur, əsərin dramatik situasiyalarla zəngin¬ləşməsinə meydan açır. Bunun ən parlaq ifadəsi isə heç şübhəsiz ki, Ankara uğrunda döyüşə gətirib çıxaran səbəblər əsasında yaranmış ziddiyyət və onun təsvirinə, təhlilinə həsr olunan səhifələridir. Yaranmış vəziyyəti ətraflı şəkildə aydınlaşdıran yazıçı vəziyyətin gərginliyini bildirmək üçün yalnız tarixi həqiqətləri, arxiv sənədləri, rəvayət və salnamələrdə bildirilən məlumatlara deyil, həm də yazıçı təxəyyülünə arxa¬lanaraq geniş meydan hadisələrini işıqlandırır. Bunun üçün döyüşən qrupların obrazını yaratmağı, onların birlikdə vuruşmaq əzmini və kütləvi səhnələri canlandırmağı vacib bilən yazıçı deyir: "Əmir Teymur Avnikdə Osmanlı elçilərıni təəcüblən¬dir¬mək və ordunun gücünü göstərmək üçün orduya baxış keçirdi. Bunu "Yer üzündə bu çoxmillətli orduya qarşı heç kim duruş gətirə bilməz" fikrini elçilərə aşılamaq üçün edirdi. Ordunun sıralarında kimlər yox idi? Bura "Turan əsgərləri", "Azər¬baycan döyüş¬çüləri", "Türküstanın bəbirləri", "Balxşanın pələngləri", "Dəşt və Xatanın şa¬hinləri", "Moğolların çalağanları", "Cətənin qartalları", "Xocəntin ilan¬ları", "Ana¬dakanın peyğəmbər çiçəkləri", "Xarəzmin kərtənkələləri", "Curcanın vəh¬şi heyvanları", "Zaqanın qartalları", "Xazar Şadmanın tazıları", "Xorasan və Mazan¬daranın şirləri", "Cilin kaftarları", vəhşi dağ heyvanları, "Rüstəmdar və Talkanın timsahları", "Xuz və Kermanın aspid tayfaları, "İsfahan, Rey və Həmə¬da¬nın canavarları", "Hind, Sind və Multanın filləri", "Şur əyalətinin qoyunları", "Qordan dağ kəlləri", "Şəhrizarın əqrəbləri", "Əsger-Makram gürzələri" toplan¬mış¬dılar.
Onlara bir sürü goreşən qullar, türkmən bivecləri, ərəb itləri, fars ağca¬qanadlari, atəşpərəst dəstəsi və maqlar da əlavə olunmuşdu". ("Dünyanın hakimi" s.294).
Yunus Oğuzun yazıçı-vətəndaş kimliyində ortaq türklük ruhu və düşüncəsi dominatlıq təşkil etdiyindən romanın hər səhifəsində genetik yaddaşın hadisələri müşayiət etdiyini görürük. Tarixçi-türkoloq alim kimi də ictimiayyətə yaxşı tanış olan Yunus Oğuz türkoloji mənbələrin informasiya bolluğundan istifadə edir, ortaq türklük coğrafiyasındakı toponomik atlas haqqında təfərrüatlı düşüncələr sərgi¬ləyir, qədim dövr türklərinin nəsl şəcə¬rəsi barədə elmi məlumatlarla bədii yaşantılarını vəhdətdə oxucusuna çatdırır. Yazıçının bu romana qədər qələmə aldığı eynitipli əsərləri və Attila, Alp Ər Tonqa (Əfrasiyab), Çingizxan kimi dahi sərkərdələr haqqındakı elmi-tarixi yazıları əsas verir ki, o ədəbi qəhrəmanlarını ümumtürk fenomeni kimi təqdim edə bilsin. Bir fikri ayrıca vurğulamaq lazımdır ki, Yunus Oğuzun düşün¬cələrində tarix yalnız "türklərlə başlayıb" romantik müharibə uğurları ilə davam etmir, burada yaşanan və ötən günlərin iztirablı, əzablı anları yazıçının maraq mərkəzindədir. Həmin səbəbdəndir ki, Əmir Teymurun hökm¬dar, sərkədə-strateq, nəsil davamçısı kimi fundamental obrazı əsərin hər səhifəsində görünür. Hökmdarı filosof İbn Xaldunla qarşılaşdıran yazıçı bildirir: "Hökm¬dar özünə yer tapa bilmədi, ayağa durdu. İbn Xaldun da ayağa qalxdı. Əmir fikirli-fikirli bir qədər zalda gəzişdi, sonra gəlib alimin qarşısminda dayandı, onun nurani sifətinə baxdı:
- Bu dediklərinin tarixi əsasları, dərin bilgiləri varmı?
- Var, böyük hökmdar! Tarixi bilgilərə görə Nuh peyğəmbərin üç oğlundan birinin adı Yafəs olub. Yafəsin oğlunun adı Qamər, nəvəsinin adı Tork, yaxud Turuk (Türk), nəticəsinin adı isə Toqarmadır. - İbn Xaldun bir qədər susub sonra əlavə etdi. - Mən yəhudilərin arxivində çalışarkən əlimə Xəzər Xaqanının maraqlı məktubu keçdi. Musəvilik dinini qəbul etmiş Xəzər Xaqanı İosif ona Xəzər türklərinin mənşəyi barədə verilən sualın cavabında bildirmişdi: xəzərlər Toqarmanm on oğlundan biri olmuş Xəzərəkin nəslinrdəndirlər. Onun yazdığı məktubda xəzərlərə qohum olan doqquz sayın adı çəkilir; Uyğur, Yanur, Bulqar, Turis, Savur.- Yenə susdu. Sanki dediklərinin hökmdarın hafizəsinə daha dərin yazılmasını istəyirdi. - Başqa bir tarixi bilgidə göstərilir ki, Türk, Bulqar və Xəzər Yafəsin oğullarıdır.
("Dünyanın hakimi" s.246-247).
Göründüyü kimi Əmir Teymurun obrazı törəyişdən üzü bəri yaddaş salnaməsi fonunda canlandırılır, onun şəxsiyyət, xarakter və milli kimlik cizgi¬ləri yazıçını daha çox cəlb edir. Beləliklə də başqalarından fərqli olaraq Yunus Oğuz Əmir Teymuru yalnız "başkəsən, hərb allahı", "qəsbkar, qantökən və gözçıxaran xinxar" kimi deyil, həm də milli yaddaşı, dini və şəxsi arzuları uğrunda çarpışan gerçək insan kimi təqdim etməyə üstünlük verir, onun dili ilə deyir: "Nə vaxta qədər baş kəsib qan tökməklə ad çıxaracağıq". Bu meyl yazıçının Əmir Teymurun öz müəllimi Seyid Beçke, Nəsimi, tacir Ağababa və başqaları ilə görüşərkən, eyni zamanda ölkə və qalalara hücum ərəfəsi düşünərkən daha qabarıq ortaya çıxır.
Həmin düşüncələrin nəticəsidir ki, Əmir Teymur "Diplomatiya bitən yerdə savaş başlayır" məntiqi ilə yaşayır və inanır ki, "- Qələbə qadın kimidir, o hər zaman sənin olmur... Ancaq onu əldə etməyi və saxlamağı bacarma¬lı¬san!" ("Zirvəyə doğru" s.304).
Nəhayət, Əmir Teymurun tarixi taleyinə işıq salan bu romının dəyərini qısaca xülasə edərək demək lazımdır ki,
- Tarix yaradan şəxsiyyət haqqında epik təhkisi ilə fərqlənən zamandır.
- Ortaq türklük tarixini canlandıran bədii salnamədir.
-Süjet və kompozisiyasında mükəmməlliyi maraq doğuran və hadisələrin axarındakı vizual genişliyi, aydınlığı ilə yadda qalan nəsr nümunəsidir.
- Yalnız tarixi-təsvir və təhlil edən bədii əsər deyil, həm də milli və xalq həyatına ayna tutan, müəllifinin adını tarixə həkk edən yaradıcılıq məhsu¬ludur.
- Çağdaş Azərbaycan nəsrinin inkişafını təsdiqləyən və onun xüsusiy¬yətlərini parlaq şəkildə əks etdirən, klassik dastan poetikası ilə modern nəsr elementlərini birləşdirən romandır.
- Dünəndən bu günə körpü salan əsərdir və onun və onun müəllifi Yunus Oğuz dəyişən zamanda dəyişməyən həqiqətlərin yazarıdır. Çünki yazıçının bu və digər romanları da həmin fikri təsdiqləyir.