Azərbaycanın daha bir şairinin divanı tapıldı

Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutu daha bir Azərbaycan şairinin divanını əldə edib. İnstitutdan Trend-ə verilən məlumata görə, Ağqoyunlular və Səfəvilər dövründə yaşamış (XV-XVI əsrdə) Azərbaycan şairi Əhməd Şövqi Təbrizinin lirik şeirləri toplusunun - divanının Ankara Milli Kitabxanasında saxlanan nüsxəsinin surəti tapılıb. Təzkirələrdə verilən məlumata görə, Şövqi Təbrizi uzun ömür yaşayıb, Şah İsmayıl Xətainin oğlu Sam Mirzənin katibi - münşisi vəzifəsini icra edib, sonradan mühacirət edərək 1547-ci ildə Kabildə vəfat edib. Şairin anadilli divanına onun qəzəl, qəsidə, mürəbbe, müxəmməs, tərkibənd, tərcibənd, mərsiyə, müstəzad, rübai, bayatı və gəraylılar daxildib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31