Tbilisidə Çanaqqala zəfərinə həsr edilmiş fotosərgi keçiriləcək

Tbilisidə Çanaqqala savaşında Qələbənin 100-cü ildönümünə həsr edilmiş fotosərgi keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Gürcüstandakı səfirliyinin "Twitter" səhifəsində deyilir. Fotosərgi aprelin 27-29-da keçiriləcək.

Qeyd edək ki, aprelin 24-də Türkiyədə Çanaqqala zəfərinin 100-cü ildönümünə həsr edilmiş bayram tədbirləri keçiriləcək. I Dünya müharibəsi illərində Çanaqqala savaşında ümumilikdə 500 mindən çox insan ölüb. Türklər bu müharibədə 57 min şəhid verib. Savaşda azərbaycanlı əsgərlər də iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31