Xoşqədəmin verlişinin vaxtı bilindi

"Gələn həftədən hər bazar saat 22:00-da ANS-də olacağıq"

Tanınmış aparıcı Xoşqədəm Baxşəliyevanın yeni verlişinin vaxtı bəlli olub. ANS PRESS-in məlumatına görə, aparıcının "Xoşqədəmlə Axtarıram səni" adlanacaq. Veriliş gələn həftədən - aprelin 26-dan etibarən hər bazar günü yayımlanacaq. Bu barədə aparıcı özü də İnstagram səhifəsində yazıb. "Dostlar ANS-ə baxın. Çox gözəl kino gedir. Sadəcə bu həftəlik. Gələn həftə bu vaxt evlərinizin qonağı biz olacağıq. Sizlərin kanalı, yaxınlarının axtarışına çıxan minlərlə insanın ümid yeri ANS-dəyik artıq. Döyüş alnımıza yazılıb. Birlikdə hamımızın kanalı ANS-i izləyək. Gələn həftədən hər bazar saat 22:00-da "Səni axtarıram" ANS-də olacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31