Arif Quliyev teatrdan getdi
17 Aprel 2015 20:45 MədəniyyətXalq artisti Arif Quliyev teatrdan uzaqlaşıb. Axşam.az-ın məlumatına görə, bu haqda "ATV Maqazin"də danışan aktyor yalnız filmlərdə rol alacağını deyib: "Teatra əlvidə demişəm. Özəl filmlər çəkilməyə başlayıb. Onlara dəstək olmalıyıq. Bir gün çəkilişdə oldum 500 manat aldım. Sağ olsunlar. Filmlərdə rol alacam. Ən böyük arzum veriliş açmaqdır. Adı "Təbəssüm qatarı" olsun. Oturum yumordan danışım. Buna da maddiyyat lazımdır. Hələ ki, sponsor mənə rast gəlməyib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31