ŞOK: tanınmış müğənnini ATV-nin qarşısında döyüblər

Ərindən boşanan müğənni İlahə İbadova şəxsi həyatı ilə bağlı açıqlama verib. Lent.az-ın məlumatına görə, "Düzünü desək" verilişinə qonaq olan ifaçı bildirib ki, o, bir neçə il öncə "Azad Azərbaycan" telekanalının qarşısında keçmiş həyat yoldaşı tərəfindən döyülüb: "Keçmiş həyat yoldaşım məni ATV-nin qabağında döymüşdü. Həmin vaxt verilişdən çıxıb, evə gedirdim. Qarşımı kəsdi və məni döydü. Köməkçim oğlan da yanımda idi. Bəhanə gətirdi ki, "niyə köməkçin oğlandır?" Hətta o məni döyən zaman köməkçim araya girdi ki, ayırsın. Dedim yox, "sən get, ailə söhbətimizə qarışma".Qeyd edək ki, İ.İbadova öz həmkarı ilə ailə qurmuşdu. Həmin evlilikdən övladları da var. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31