Qadının boyunbağısını oğurlayan ələ keçib

Paytaxtda soyğunçuluqla məşğul olan şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 27-də Cabir Rəhimovun qızıl boyunbağısını oğurlamış Masallı rayon sakini Feyruz Novruzov tutulub. Həmçini Tovuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 11-də Vidadi Axundovun 50 manatını və bankomat kartını soyğunçuluq yolu ilə almış Tovuz şəhər sakini Elçin Əliyev tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31