Elnarədən aparıcılara etiraz: "Qonaqları alçaldırlar"
8 Aprel 2015 14:22 MədəniyyətMüğənni Elnarə Xəlilova telekanal rəhbərlərinə müraciət edib. Axşam.az-ın məlumatına görə, sənətçi aparıcıların ifaçıları təhqir etməsinə qarşı çıxıb: "Çox gözəl televiziya dəyərlərimiz var. Kanallarımızı təhqir etmirəm. Sadəcə, bəzi telekanalların zibilxanaya bənzədiyini deyirəm. Çünki efirlərə kimlər gəldi çıxır, ağızlarına nə gəldi danışırlar. Mənim etirazım aparıcılara yox, onları efirə buraxan rəhbərlərədir. Tamaşaçı kimi kanal rəhbərlərinə müraciət edirəm: Mən normal efir istəyirəm. Üç uşaq anası kimi övladlarımın televiziya kanalları vasitəsilə tərbiyələrinin pozulmasının əleyhinəyəm. Bəsdirin, insanların əsəbləri ilə oynadınız. Niyə övladlarımı öz verilişlərimizdən qorumalıyam? Milli Televiziya və Radio Şurasından (MTRŞ) artıq dərəcədə xahiş edirəm ki, efirlərdə səslənən müraciətlər, ismarışlar, söyüşlər və təhqirlərə diqqət etsin. Bəzi aparıcılar qonaqları ağladana kimi alçaldır, təhqir edir. Buna bir ölçü götürülsün".