Müğənni və teleaparıcıdan rejissorluq iddiası

Uzun zamandır efir təcrübəsi qazanan müğənni və teleaparıcı Vüsalə Rəcova özünü rejissor kimi sınamağa qərar verib. Son aylarda bir neçə klipi ekranlara çıxan sənətçi növbəti mahnılarından birinə öz yözumunda ekran həyatı verməyi düşünür. Sənətçi ilə söhbətimizdən bəlli oldu ki, son kliplərinin ideyasıda ona məxsusdur: "Rejissor ideyanı bəyəndi və ekranlaşdırdı. Məni yaxından tanıyan efir dostlarım təkid edirlər ki, növbəti klipimə özüm rejissorluq edə bilərəm. Sınaqdan keçmək istəyirəm. Məncə, uğurlu alınacaq". Sənət fəaliyyətində sıx yeniliklər edən Vüsalə Rəcovanın yaxın günlərdə iki mahnı təqdim edəcəyini öyrəndik. Mahnının müəllifləri Rəşad Bağırov, Kənan MM, və Nazim Məmmədov, Aqşin Fatehdir. Vüsalə xanım yenilənən repertuarını gələn həftə təqdim edəcək.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31