Əməkdar artist: "Ər gəzirsə, qadın dözməlidir"
7 Aprel 2015 13:38 MədəniyyətƏməkdar artist Zöhrə Abdullayeva qadın-kişi münasibətindən danışıb. Axşam.az-ın məlumatına görə, "Gün üzü" verilişinə qonaq olan müğənni xanımlara məsləhət verib: "Kişi imkanı dairəsində çoxarvadlı ola bilər. Onsuz da hamımız bilirik ki, kişilər kənarda bir neçə sevgi yaşayırlar. Onların qəlbinin hər küncündə bir xanım dayanır. Amma aralarında biri olur ki, ona xüsusi önəm verirlər. Əgər kişinin bir qadından qəlbi sınırsa, ona heç vaxt geri dönmür. Güclü cinsin nümayəndələrini qınamıram. Onlar gözəllik aşiqidirlər. Ər gəzirsə, qadın dözməlidir. Mükafatı mütləq gözəl olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31