Xalq artisti dünyasını dəyişdi

zərbaycanın tanınmış bəstəkarı dünyasını dəyişib. Axşam.az xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin ANS PRESS-ə verdiyi məlumata görə, xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Nəriman Məmmədov bu gün səhər saatlarında vəfat edib. Aprelin 3-də Nəriman Məmmədovu insult vurmuşdu. Həmin gündən bəri tanınmış bəstəkar nə danışa, nə də qidalana bilirdi. Xalq artisti ilə vida mərasimi sabah saat 14:00-da Bakı Musiqi Akademiyasında olacaq. Nəriman Məmmədov II Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, N. Məmmədov 1927-ci il dekabrın 28-də Naxçıvanda doğulub. Onun "Humay", "Şeyx Sənan" baletləri, "Altı qızın biri Pəri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir" musiqili komediyaları, yeddi simfoniya və bir neçə simfonik poemanı yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31