Niyam dünyasını dəyişən Kayahan barədə nələr dedi? VIDEO
Niyam Salami Kayahanın mahnısını oxudu
6 Aprel 2015 16:30 MədəniyyətNiyam Salami Kayahanın xatirəsi üçün bunu etdi
Müğənni Niyam Salami bir neçə gün öncə dünyasını dəyişən Türkiyənin tanınmış müğənnisi Kayahanın xatirəsinə mahnı ithaf edib. "Olaylar"az-a açıqlama verən ifaçı deyib ki, o, Kayahanın illər öncə ifa etdiyi "Seni versinlər ellərə" adlı bəstəni lentə aldırıb: "Kayahanın ölüm xəbəri məni çox üzdü. Kiçik yaşlarımdan onun mahnıları ilə böyümüşük. Hamı kimi biz də bu dünyaya qonağıq. Amma tarixdə elə insanlar var ki, elə bu dünyada yaşayarkən tarixləşir. Məsələn Kayahan. Mərhum həmin sənətçilərdəndir ki, dünyasını dəyişsə də bir çox insanların yaddaşında qalacaq. Ölüm haqdır, çıxmaq olmaz əmirdən. Allah o dünyasını versin. Mən də bir sənətçi kimi onun ruhunu şad etmək üçün özünün repertuarından olan "Seni versinlər ellərə" mahnısını ifa etdim. Necə alındığını isə dinləyicilər qiymət verə bilər". Daha sonra N.Salami onu da əlavə edib ki, yaxınlarda telekanalların birində aparıcılıq edəcək.