Elarizin nəvəsi oldu

Tanınmış azərbaycan müğənnisi Elariz Məmmədoğlunun daha bir nəvəsi olub. Elarizin qızı Günel dünyaya daha bir qız övladını gətirib. Müğənninin ATV.az-a verdiyi məlumata görə nəvəsinin adını Aida qoyublar. Xatırladaq ki, Elarizin böyük qızı Ülviyyənin Əli və Davud adlı iki oğlu var. Mügənninin kicik oğlu isə hələ ki, subaydır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31