Rusiyada Azərbaycan gecəsi
2 Aprel 2015 12:39 MədəniyyətRusiya Federasiyası Moskva vilayətinin Kolomno şəhərindəki Mədəniyyət sarayında Azərbaycan mədəniyyəti və poeziyası gecəsi keçirilib. "OLAYLAR"-ın DİDK-ə istinadən verdiyi xəbərə görə, gecədə Rusiyada fəaliyyət göstərən "Dərviş" teatrının təqdimatında "Arışın mal alan" tamaşası nümayiş etdirilib. Tamaşanın nümayişindən sonra Azərbaycan şairlərinin yaradıcılığından seçmələr səsləndirilib. Kolomnoda yaşayan həmyerlimiz Fuad Əliyev Azərbaycanın böyük şairi Nizami Gəncəvinin qəzəllərini oxuyub, özünün müəllifi olduğu və Müslüm Maqomayevə həsr etdiyi şeirləri qonaqların diqqətinə çatdırıb. Tədbirdə Ümumrusiya Azərbaycan Konqresinin regionlarla iş üzrə şöbəsinin rəhbəri Rövşən Rəhimov, ÜAK-ın yerli regional bölməsinin sədri Elxan Qurbanov, Kolomno şəhəri administrasiyasının sədr müavini Dmitri Redkin iştirak edib. Gecədə Böyük Vətən Müharibəsinin veteranlarına Ümumrusiya Azərbaycan Konqresi adından medal və hədiyyələr də təqdim olunub.