Xalq artisti ilə bağlı sərəncam imzalandı

Şəfiqə Məmmədovaya "Azərbaycan Prezidentinin fəxri diplomu" verilib

Xalq artisti, kinoaktrisa Şəfiqə Məmmədova dövlət başçısı tərəfindən mükafatlandırılıb.

ANS PRESS-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev Şəfiqə Məmmədovaya "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"nun verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Şəfiqə Haşım qızı Məmmədovaya "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" verilsin.

Ş.Məmmədova Azərbaycanın xalq artisti (1982), Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədridir (2012).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31