Məşhur müğənni reanimasiyaya yerləşdirildi
28 Mart 2015 15:57 MədəniyyətMəşhur sovet və Rusiya müğənnisi, 66 yaşlı Valeri Leontyev reanimasiyaya yerləşdirilib. Musavat.com Rusiya informasiya mənbəyinə istinadən xəbər verir ki, Leontyev martın 28-də Ukyanovskda, 29-da idə Dmitrovqradda konsert proqramı ilə çıxış etməli imiş.Yerli KİV yazır ki, konsertə biletlər, demək olar, satılıb qurtarıbmış. Lakin bu ərəfədə o, ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib."Valerinin halı pisləşdi. O reanimasiyadadır", - artistin çıxışının təşkilatçısına yaxın mənbə qeyd edib. Hələlik onun xəstəxanaya yerləşdirilməsinin səbəbi məlum deyil, ancaq vəziyyətinin ağır olduğu bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31