Toyda mikrofon davası: “Nə gündəsən, ay yazıq?”
28 Mart 2015 07:38 MədəniyyətMüğənni Nüşabə Ələsgərli toyda mikrofon davası edənləri qınadı.
Milli.Az gecce.az-a istinadən bildirir ki, müğənni həmkarlarının toy məclislərində bir-brinə paxıllıq etməsini təəssüf hissləri ilə dilə gətirib.
"Həyatda paxıllıq hissi nədir bilmirəm. Bəlkədə ən pis xasiyyətimidir. Toylarda çox müğənnilər bir-biri ilə mikrofon davası edirlər. Çox təəssüf ki... Mənim aparıcılıq etdiyim məclislərdə çox diqqət yetirirəm ki, mikrofon pis işləməsin.
Sonra fikirləşərlər ki, qəsdən bunu etmişəm. Qonağı gözüm üstə saxlayıram. Çox paxıllıq edənlər olub. Deyirəm ki, nə gündəsən ay, yazıq ? Ruzini onsuz da Allah verəcək. Sən niyə başqasının çörəyinə bais olursan?" - N.Ələsgərli deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31