Aygün Kazımova “Big Apple Music Awards”a layiq görüldü (FOTO)
Təşkilatçılar artıq xalq artistinə dəvət göndəriblər
22 Mart 2015 13:28 MədəniyyətXalq artisti Aygün Kazımova dünyanın ən məşhur musiqi mükafatı olan "Big Apple Music Awards"a layiq görülüb.
ANS PRESS-in məlumatına görə, müsabiqənin təşkilatçıları artıq xalq artistini təqdimetmə mərasiminə dəvət ediblər.
"Big Apple Music Awards"ın builki təqdimetmə mərasimi iyul ayında baş tutacaq.
Artıq 20 mart tarixindən Aygün Kazımovanın adı müsabiqənin rəsmi saytında səs vermədə istirak etmək üçün yerləşdirilib. Namizədlər arasında azərbaycanlı sənətçilərdən Röya, Dilarə Kazımova və EMİNin də adı var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31