Mənsum İbrahimov Macarıstanda konsert verib

Xalq artisti Mənsum İbrahimov Azərbaycanın Macarıstandakı səfirliyində Novruz bayramına həsr edilən konsert proqramında çıxış edib. Səfirlikdən SİA-ya verilən məlumata görə, xalq artisti ilə birlikdə səhnəyə tələbəsi Vüsalə Rəcova da çıxıb.M.İbrahimov kosnertdə xalq mahnıları, muğamlar səsləndirib. Hər iki ifaçı sonda "Qarabağ" mahnısını oxuyub. Onları tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov, nağarada Siyavuş Kərimov müşayiət edib.Qeyd edək ki, tədbirdə Budapeştdə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, Azərbaycan diasporu, macar ictimaiyyətinin nümayəndələri iştirak edib. Səfir Vilayət Quliyev Novruz ənənələrindən, bu bayramın xalqımızın mənəvi-estetik dünyasındakı rolundan söz açıb.Nəzərinizə çatdıraq ki, Şuşa Rayon İcra Hakimiyyətinin və Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Cöncöş şəhərində "Şuşa günü" keçirilib. XV əsrdən bəri musiqi məktəbi kimi fəaliyyət göstərən tarixi binada M.İbrahimovun rəhbərlik etdiyi "Qarabağ" ansamblı və Vüsalə Rəcova konsert proqramı ilə çıxış ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31