Əməkdar artistdən “Bu mənəm-2”yə dəstək VIDEO

"Bu mənəm-2" layihəsinin bu dəfəki qonağı əməkdar artist, Opera və Balet teatrının solisti, Bakı Musiqi Akademiyasının professoru Gülnaz İsmayılovadır. Layihəyə və istedalı uşaqlara dəstək göstərən əməkdar artist istedadlı vokal və skripka ifaçısı Əli Muradovla duet oxuyub. "Azərbaycan" mahnısının müəllifləri elə layihə rəhbərləri olan Bəbir və Ülviyyə Bəbirlidir. Sözləri isə Ruhiyyə Rüstəmovaya məxsusdur. Vətənpərvər ruhda yazılan mahnını duet ortaqları vətən sevgisini duyaraq ifa edib.
Qeyd edək ki, Gülnaz İsmayılovanın duet ortağı olan Əli Muradov bir çox müsabiqələr laureatı,vokal üzrə Moskvada keçirilən Roza Vetrov beynəlxalq müsabiqəsinin Grand-prix mükafatı laureatı olub. İspaniyada skripka üzrə "El festival de mar e sol" beynəlxalq müsabiqəsində birinci dərəcəyə layiq görülüb. Həmçinin Əlinin adı Rusiyada "Qızıl fond" kitabına daxil edilib.
"Layihənin tamamlanmasına çox az qalıb" - deyən Bəbir və Ülviyyə Bəbirli hər kəsdə maraq doğuran bu layihənin finalına hazırlıq işləri görüldüyündən xəbər verdilər. Xatrladaq ki, Uşaqlara dəstək olaraq - "Bu mənəm-2" layihəsində yer alan müğənnilər arasında Tünzalə Ağayeva, Eldar Qasımov, Samira Allahverdi, Lalə Məmmədova, Gülnaz İsmayılova, Rəşad İlyasov, Zamiq Hüseynov, Günay İbrahimli, Əbdül Xalid, əməkdar artist Xəyyam Mustafazadə, Əkbər və Gülnar Rəhman var. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31