Sirkə turşusu içmiş bakılı qadın xəstəxanada ölüb

Sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş Bakı şəhər sakini ölüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cari il fevral ayının 16-da Bakı şəhər sakini Mahirə Salahova evindən sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və M.Salahova 3 həftə sonra, martın 9-da xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31