Birinci Etüd müsabiqəsinin final mərhələsi keçiriləcək

Martın 10-da Milli Teatr Günündə saat 12.00-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin Səda Tədris Teatrında Birinci Etüd müsabiqəsinin final mərhələsi və qala gecə keçiriləcək.
Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən Birinci Etüd Müsabiqəsi layihəsinin ideya müəllifi Fərəh Əliyeva, layihə rəhbəri Vidadi Həsənov, təşkilat komitəsinin sədri Amil İsmayılovdur. Münsiflər heyətinin tərkibinə Azərbaycanın görkəmli incəsənət xadimləri, təcrübəli pedaqoqlar Bəsti Cəfərova, Sonaxanım Mikayılova, Fikrət Sultanov və Ötkəm İsgəndərovdur.
Dekabr ayının ortalarından başlanan Birinci Etüd Müsabiqəsinə 22 qrup müraciət edib və onlardan 11-i final mərhələsinə keçə bilib. Birinci Etüd Müsabiqəsinin qala gecəsində qaliblər müəyyənləşdiriləcək, diplom və pul mükafatı ilə mükafatlandırılacaq.
Mükafatlandırma mərasimindən sonra konsert proqramı nümayiş olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31