S1 + S2 = Ygbö

Müəllimə deyir ki, inamlı olun, gələcəyiniz haqqında düşünün. Mənsə anlamıram ki, indiki bitmiş zamanda gələcək haqqında necə düşünmək olar? Qadın yatmış  vulkana bənzəyir, oyatmağa çalışma, alovunda közərərsən. Ərindən ayrılan müəlliməmiz son zamanlar əsəbi görünür. Amma nihilist deyil. Ərinin qayıdacağına inanmasa da yeni ərin gələcəyini gözləyir. Əlacı olsa facebook profilinin adını "ər axtarıram" qoyar. Əqli zəiflik ya doğuşdan olur, ya da müəyyən fəsadlar nəticəsində yaranır. Xarakterin ölümü isə fəlakətdir. Savadsız insan uğur qazana bilər. Xaraktersiz insan isə ölümə məhkumdur. Müəlliməmizin əqli zəif olsa da xarakteri var.
Seksual müəlliməmiz son vaxtlar statistika müəllimimiz ilə "gəzirdi" Deyəsən, anatomiya və sekspotologiya elmində yeniliklər etmək istəyirdilər. Tələbə qızlardan biri yaxınlaşıb qadına demişdi :
- Müəllimə, K.  müəllim sizi sevmir, sadəcə "fırladır".
- Aaaaa, qızım o nə sözdür, sən narahat olma, onsuz da yer kürəsi öz oxu ətrafında fırlanır, hamımız fırlanırıq, o gün olsun səni də fırlatsınlar.
Həmin gecə həmin qız facebookda status yazdı.
- Məni fırlatmağa oğlan axtarıram.
Sevgini - S1, Seksi S2 ilə işarə etsək, o zaman S1 və S2 - in cəmi  Ygbö - yə bərabər olacaq. (Ygbö = yeni gicbəsər bəşər övladı ). Nəticədə növbədənkənar övlad yer kürəsinə yuvarlandı.
Əvəllər özünə ər axtaran müəlliməmiz indi körpəsinə ata axtarır, sonra nə axtaracağı isə nə mənə, nə də elmə məlumdur.

Nicat Həşimzadə
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31