"Söylə sənmisən?" VIDEO

Sevinc Tofiqqızının yeni mahnısını Manana ifa edib

Bəstəkar Sevinc Tofiqqızı və millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu yeni mahnını bu dəfə gürcü qızı, əməkdar artisti Manana ifa edib.
"Olaylar" ın məlumatına görə, bəstə "Söylə sənmisən?" adlanır. Bizə açıqlamasında S.Tofiqqızı yeni musiqisi haqqından bunları deyib: "İlk olaraq onu söyləyim ki, Qənirə xanımla işbirliyimiz davam etməkdədir. Bu dəfə Qənirə xanımla ortaq mahnımızı, gözəl müğənni, əməkdar artisti Manana ifa etdi. Manana çox istedadlı bir ifaçıdır. Məndə, Qənirə xanımda çox şad olduğ ki, əməkdar artisti Manana bizim müəllifi olduğumuz mahnını ifa etdi. Bu, Qənirə xanımın şeirinə bəstələdiyim 11-cu mahnıdır. Hələ ardı var".
Qeyd edək ki, bəstəsi Sevinc Tofiqqızına, sözləri Qənirə Paşayevaya ayid olan "Söylə sənmisən?" mahnısının aranjimanı Osman Həmidovundur.
Məlumat üçün bildirək ki, bəstəkar Sevinc Tofiqqızı və millət vəkili Qənirə Paşayevanın müəllifi olduğları mahnıları xalq artistləri Flora Kərimova, Səməd Səmədov, Fidan Hacıyeva, əməkdar artist Manana, müğənnilərdən Rəşad İlyasov, Nadir Qafarzadə, Əkbər, Aysel Əlizadə, Aslan Hüseynov, Şəbnəm, Niyam Səlami kimi ifaçılar səsləndiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31