Ayanın qızının nağıl kimi doğum günü (FOTO)
Şahzadə kimi görünən Selena restorana karetada gətirilib
8 Mart 2015 19:26 MədəniyyətMüğənni Ayan Babakişiyeva keçən ilin martın 1-də dünyaya göz açan qızı Selenaya nağıl kimi ad günü keçirib.
ANS PRESS-in məlumatına görə, şahzadə kimi görünən Selena restorana karetada gətirilib. Doğum günü üçün maraqlı ssenari tərtib edilib.
Şahin Cavadsoyun aparıcılığı ilə yaddaqalan ad günündə tanınmışlardan parapsixoloq Həsən Həsrət, stilist Rəşad, şoumen Ruslan, tanınmış aparıcı Zaur Kamal, müğənnilər Elçin, Kərim, Azər Xanlaroğlu və başqaları iştirak edib.
Martın 4-ü Ayanın anasının 50 illik yubileyi idi. Bunu nəzərə alan müğənni ad gününün sonunda baş tutan atəşfəşanlıqda 501 rəqəmindən istifadə etdi.
Təmtəraqlı məclis Gəncədə düzənlənib. "Niyə məhz Gəncə?" sualını Ayan belə cavablandırdı: "Əvvəla, Gəncə mənim və əkiz qardaşım, hazırda Türkiyədə yaşayıb-fəaliyyət göstərən Samir Babakişiyevin dünya göz açdığı şəhərdir. humlarımızın hamısı bu şəhərdə yaşayır. Nəyə görə Selenanın ad gününü Gəncədə keçirdiyimin ən önəmli səbəblərindən biri də bir neçə ay bundan əvvəl dünyasını dəyişən Leylan nənəmə verdiyim sözlə bağlı idi. Nənəm vəsiyyət etmişdi ki, nəticəsinin ilk ad gününü ana yurdumuzda keçirək. Düzdü, o, ailəmizin bu sevincli gününü görə bilməsə də vəsiyyətinə əməl etdim. Nənəmin yoxluğu ilə barışmaq çətin olsa da mən onun qoxusunu Selenamdan alıram".