Oksana ilə İlhamənin Hindistanda pulu qurtardı
6 Mart 2015 20:05 MədəniyyətMüğənni İlhamə Qasımova və rəqqasə Oksana Rəsulova "ATV Maqazin"ə açıqlama verib. Axşam.az-ın məlumatına görə, Hindistandan yeni qayıdan rəfiqələr başlarına gələn maraqlı hadisələrdən danışıblar. İ.Qasımova səfər zamanı pullarının qurtardığını deyib: "Hindistanın çox şəhərini gəzdik. 40 gün orada qaldıq. Axırda pulumuz qurtardı. Nə yaxşı ki, dönüş biletimizi əvvəldən almışdıq". O.Rəsulova orada serial təklifi almasından xəbər verib: "Üç serial təklifi almışam. Ən yaxşısını seçməyi istəyirəm. Hind rəqsi üzrə Azərbaycanda məndən güclüsü yoxdur. Mənim davamçım ancaq tələbələrim ola bilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31