“Bu şəhərdə”nin konsertini yarımçıq tərk etdi

Nadirdən “Bu şəhərdə” kollektivi arasında qalmaqal

Ötən gün Bu şəhərdə" komandasının konsertində qonaq qismində dəvət olunan müğənni Nadir Qafarzadə gecəni yarımçıq tərk edib. Bunu "Olaylar"az-a açıqlamasında ifaçının özü məlumat verib: "Ötən gün konserti yarımçıq tərk etdim. Bu da səbəbsiz deyil. Səhnəciklərin birində gözləmədiyim məqamda adım yersiz çəkildi. Əslində biz "Bu şəhərdə" komandası ilə dost idik. Lakin onların bu adiyatsız hərəkəti məni məyus etdi. Bunlara baxmayaraq mən onlara növbəti işlərində uğurlar arzu edirəm. N.Qafarzadənin bu narazılığına "Bu şəhərdə" komandasının prodüseri Müşfiq Abbasovun da cavabı gecikməyib. O, ifaçıya msj göndərərək, bir daha bu cür halların təkrarlanmayacağını bildirib: "Heç bir problem deyil. Günü sabahdan "Avropa oyunları" səhnəsindən də, o biri iki səhnəcikdən də sizin adınızı çıxardacam. Birdə sizin adınızı çəkmərik, nə də ki, siz yarımçıq getmərsiz".

Qeyd edək ki, bir neçə gün öncə əməkdar artist Elza Seyidcahan da "Bu şəhərdə" komandasından narazı olduğunu mediaya bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31