"Xeyir ilə Şərin rəqsi" bədii filminin çəkilişlərinə başlanılıb
5 Mart 2015 13:32 MədəniyyətMədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Xeyir ilə Şərin rəqsi" adlı bədii filmin çəkilişlərinə başlanılıb. Trend nazirliyin saytına istinadən xəbər verir ki, Xalq yazıçısı Çingiz Abdullayevin "Quba kapriççosu" romanının motivləri əsasında ekranlaşdırılan filmin quruluşçu rejissoru Yavər Rzayev, ssenari müəllifləri Çingiz Abdullayev və Yavər Rzayevdir. Qubanın Qırımızı qəsəbəsində Qacar şah nəslinə mənsub qədim nadir almazın axtarışı əsas süjet xəttini təşkil edən filmin çəkilişləri Qubada, Bakı şəhərinin müxtəlif ərazilərində və Kinostudiyanın pavilyonlarında qurulmuş dekorasiyalarda aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31