“Müğənnilərlə dostluq etmirəm"

ATV-nin aparıcısı Afaq Gəncəli və müğənni Zamiq Hüseynovun küsülü olduğu ortaya çıxıb. Axşam.az-ın məlumatına görə, bu haqda "Gündəlik"in aparıcısı Mətanət Əliverdiyeva xəbər verib. Verilişin qonağı olan A.Gəncəli müğənnilərlə dostluq etmədiyini bildirib: "Müğənnilərlə dostluq etmirəm. Bu qeyri-mümkündür. Fikirləşirsən ki, səndən sui-istifadə edirlər, işləri düşür deyə, salam verirlər. Səkkiz ildir maqazin verilişində çalışıram, o qədər hallarla qarşılaşmışam ki... Çox az müğənni dostum var. Onlardan biri də Zamiqdir. Aramızda xırda inciklik olmuşdu, indi hər şey yolundadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31