Məşhur türk prodüserdən şikayət: "Məni 3 oğlu ilə döydü"

Türkiyənin ən məşhur prodüserlərindən biri Sinan Çetinin İstanbulun Beyoğlu səmtindəki "Plato Film" studiyasında gecə saat 1 radələrində bərk musiqi səslərindən narahat olan qonşu əməllicə döyülüb. Milli.Az Milliyet-ə istinadən bildirir ki, Onur Karaca polisə şikayət edib.

Studiyanın qonşuluğunda yaşayan Karacanın dediyinə görə o, studiyanın qapısını döyüb: "Qapını Sinan Çetinin oğlu Rüzgar Çetin açdı. Dedim ki, nənəm xəstədir, mümkünsə, musiqinin səsini azaltsınlar. Amma bir nəticə hasil olmadı, səs daha gurultlu oldu. Gecə saat 3-də polis çağırdım, polis və əmim Əli Karaca ilə birlikdə studiyaya getdik. Sinan Çetinin oğulları Rafael İndiana Cemil Çetin, Orfeno Sinan Çetin və Rüzgar Çetin məni söyməyə, döyməyə başladılar. Onlara studiyanın işçiləri də qoşuldular. 10 nəfər məni döydü".

Çetinin oğulları iddiaları rədd edərək, Karacanın yalan danışdığını deyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31