Sezen Aksu erməniyə aşiq olub

Uzun müddətdən bəri şəxsi həyatı ilə bağlı gündəmdə olmaqdan hər vəchlə boyun qaçırmağa çalışan türk müğənni Sezen Aksunun yeni sevgilisi var. Milli.Az Haberler-ə istinadən bildirir ki, Türkiyədə "pop musiqinin kraliçası" adlandırılan Sezen Aksu srağagün İstanbuldakı "Sofa Otel"in "Frankie" gecə klubunda bir kişyə sarılaraq rəqs edirdi. Jurnalistlərin suallarını cavablamaqdan boyun qaçıran Sezen Aksu bu kişinin kimliyini açıqlamayıb.
Lakin həmin kişinin kimliyi bəlli olub. O, Türkiyədə yaşayan və tekstil sektorunda milyonlar qazanan erməni iş adlamı Varujan Sırmabıyıkdı. Arvadı Müge Sırmayıbıkla boşanma prosesi başa çatmamış Varujanla rəqs etdiyini Sezen Aksu hələ də təkzib edir. Onun meneceri Yaşar Gaqa deyib: "Sezen hər yerdə "Mənim eşq macəralarım bitdi, ürəyimdə yeni eşqə yer yoxdur. Eşqim Onno Tuncla öldü" deyir. Onunla gecə klubunda rəqs edən də mən idim. Vallah, mən idim. Sezenin ailəli adamla nə işi var?!" Di gəl, türk mediası Gaqanın dediklərinə inanmayıb. Xatırladaq ki, Sezen Aksunun mərhum əri Onno Tunc da erməni idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31