Çingiz Abdullayevdən xəbərdarlıq
“Ehtiyatlı olun”...
6 Sentyabr 2012 17:24 MədəniyyətBu gün Azərbaycan Yazıçılar Birliyində birliyin katibi, xalq yazıçısı Çingiz Abdullayev İranda həbsdə olan Fərid Hüseyn və Şəhriyar Hacızadənin buraxılması ilə bağlı mətbuat konfransı keçirib. "Olaylar" ın məlumatına görə, Ç.Abdullayev bildirib ki, şairlər məxfi şəkildə saxlanılıb və İran tərəfi bu barədə heç bir məlumat verməyib. Azərbaycan ictimaiyyəti, o cümlədən ziyalıların olduqca narahatçılıq keçirdiklərini bildirən Ç.Abdullayev bildirib ki, bu işdə Azərbaycan XİN qarşı tərəfə 5 dəfə nota verib. Ancaq notaya cavab gəlməyib və şairlərin niyə saxlanılması barədə heç bir məlumat verilməyib. Onun sözlərinə görə, yayılan ilk məlumatda iki nəfər həmyerlimiz casusluqda, qanunsuz keçmək və narkotiklərin dövriyyəsində ittiham olunublar. Ancaq bu barədə İran tərəfindən heç bir rəsmi məlumat verilməyib. Dünyada 14 "Pen klub" tərəfindən İrana bu məsələ ilə bağlı müraciət olunduğunu diqqətə çatdıran Ç.Abdullayev onların müraciətlərinə Azərbaycada bəzi politoloqlar və digər şəxslərin normal yanaşmadığını deyib: "Həmin insanlar guya hesab edirdilər ki, belə müraciətlərin nəticəsi olmayacaq. Belə insanlar Azərbaycanın uğursuzluğuna sevinirlər. Bu məsələ Ramil Səfərovun buraxılmasında, "Eurovision-2012"də də özünü göstərdi. Dünyada ən hörmətli təşklat YB-yi və "pen klub"lar olub. Hesab edirəm ki, bu hörmət belə də davam edəcək,
Bundan sonra Azərbaycan şairləri və yazıçılarının İrana səfəri zamanı hansısa qadağalara gəlincə, Ç.Abdullayev deyib ki, ölkəmizin hansısa ədibinin İrana getməsi ilə bağlı qadağan olacağını düşünmür: "Bu günə kimi elə vəziyyət yaranmamışdı ki, hansısa azərbaycanlı xaricdə həbs olunsun, amma bunun səbəbi açıqlanmasın. Bu hadisə ilk dəfə idi ki, baş verirdi. Bu məsələdə ədiblər özləri düşünməlidirlər".
Hər iki şairin 4 ay əsassız, heç bir səbəb olmadan saxlanılması, İran tərəfindən təzminat tələb edib-etməyəcəyinə gəlincə isə Ç.Abdullayev deyib ki, bu barədə hansısa müzakirələr olmayıb.