Teleaparıcı Zaur Baxşəliyevin toyu nə vaxt olacaq?
6 Sentyabr 2012 16:45 Mədəniyyət"Belə bir məqamda toy xəbərinə şərh vermək çox üzücüdür". Milli.Az-ın əməkdaşına toyu ilə bağlı açıqlama verən Zaur, ən xoş gününün vaxtının uzadılmasının səbəbi haqda bunları söylədi: "Bu yaxınlarda ana nənəm dünyasını dəyişib. Çox üzücü əhvaldayıq. Belə bir məqamda toy xəbərinə şərh vermək çox üzücüdür. Toyumla bağlı konkret tarix açıqlaya bilmərəm".
Tanınmış aparıcının bəy olacağı haqda xəbərlər təsdiqini tapır. Milli.Az xəbər verir ki, xeyli vaxtdır nişanlı qalan tanınmış teleaparıcı Zaur Baxşəliyevlə Günay Qələndərli şəxsi həyatlarında baş verəcək özəl bayramlarına tədarük görürlər.
Əldə etdiyimiz məlumata görə, sentyabrda təşkil olunacağı gözlənilən toy məclisi gələn aya qədər təxirə salınıb. Səbəblər açıqlanmasa da, Zaur və Günayın toyunun yeni mövsümə damğasını vuracağı proqnozunu vermək elə də çətin deyil.