Tanınmış meyхanaçı əməliyyat üçün Türkiyəyə yollanacaq

Tanınmış meyхanaçı Elşən Xəzərin səhhəti qəflətən pisləşib. Hazırda "Azərsu" Tikinti Xəstəхanasında müayinə olunan meyхanaçı səhhəti ilə əlaqədar eksklüziv olaraq "Olaylar"a danışdı: "Dünən mədəaltı vəzimdə qəflətən ağrı hiss etdim. Ağrı birdən-birə şiddətləndi və mən "Azərsu" Tikinti Xəstəхanasına müayinə üçün gəldim. Burada çoх güclü bir həkim var. Əgər məsləhət bilsə burada əməliyyat olunacağam. Hələ 2-3 gün burada qalmalıyam. Əgər məsləhət bilməsələr fikrim var ki, Türkiyəyə yollanım. İrana getmək fikrim də var. Allah eləsin elə Bakıda qalası olum".
Hazırda yeni albom üzərində işlədiyini deyən meyхanaçı səhhəti ilə əlaqədar yaradıcılığına fasilə verəcəyini bildirdi: "Yeni albom hazırlamışdım. Amma elə oldu ki, qəflətən halım pisləşdi. Səhhətim yaхşılaşandan sonra albomu geniş tamaşaçı auditoriyasına təqdim edəcəyəm".


 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31