Bakıda “İpək Yolu"nun tamı...

Bu gün Bakıda Mədəniyyət və Turizm Nazirliyi, Ümumdünya Turizm Təşkilatı (BMÜTT) və Azərbaycan Turizm Assosiasiyası tərəfindən "İpək Yolunun tamı: Kulinariya, Mədəniyyət və Turizm" adlı beynəlxalq konfrans keçiriləcək. Nazirlikdən  verilən məlumata görə, konfrans 6-7 sentyabr tarixlərində baş tutacaq.Konfransda BMÜTT-nin baş katibi Taleb Rifai, BMÜTT-nin məruzəçiləri, ekspertləri, İran İslam Respublikasnın Vitse-prezidenti, İran Mədəni irs və Turizm Təşkilatının (ICHTO) Sədri, Qırğızıstan, Qazaxıstan, Gürcüstan, Litva və Pakistandan nazir və nazir müavinləri səviyyəsində qonaqlar, İspaniya, Koreya, Rusiya, Bolqarıstan, İsveçrə, Belçika, İtaliya, Türkiyə, Böyük Britaniya, Özbəkistan, Tayland, Fransa, Almaniya və Çinin milli turizm və turizm təşkilatlarının, həmçinin dünyanın aparıcı KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Respublikası BMÜTT -nin "İpək Yolu Proqramının" üzvüdür. Əsrlər boyu tarixi İpək Yolu Şərq və Qərb arasında mədəniyyət, ideya, texnologiya və insan mübadiləsində mühüm rol oynayıb. 28 ölkənin üzv olduğu İpək Yolu Proqramının məqsədi birgə səylərlə İpək Yolu boyunca turizmi davamlı inkişaf etdirməkdən ibarətdir.Konfrans İpək Yolu regionunun qida, kulinariya və mədəni turizm potensialının diqqət mərkəzinə çevrilməsinə imkan yaradacaq. Konfrans iştirakçıları kulinariya turizmi ilə yaxından tanış olaraq, İpək Yolu ölkələrinin kulinariya təcrübəsinə dair fikir mübadiləsi aparmaq imkanı qazanacaqlar.Tədbirin ilk günü "Qida və Turizm: Qlobal meyllər və imkanlar", "İpək Yolunun Kulinariya məkanlarının aparıcı şəbəkəsi kimi qurulması" və "İnkişaf üçün qida" mövzularında sessiyalar təşkil ediləcəkdir.Tədbirin ikinci günü "İpək Yolu qlobal səyahət mediasında" və "Rəqəmsal dövr: Sosial media və səyahət" mövzularında dəyirmi masalar keçiriləcək.Həmçinin tədbir çərçivəsində Azərbaycan və Türkiyə mətbəxlərinin təqdimatı və ustad dərsləri təşkil olunacaq, Azərbaycan və Gürcüstan istehsalı olan şərabların dequstasiyası keçiriləcək.Tədbir çərçivəsində iştirak edəcək dünyanın aparıcı KİV nümayəndələrinin Azərbaycanın regionlarına press-turu təşkil ediləcək

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31