Kriminal

Avtomobildə külli miqdarda siqaret aşkar edildi

16 Mart 2017 14:31

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan Respublikası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Nazlifan LF7132/2-320” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobilin ön və arxa buferlərinin altından, yük yerinin qabağında xüsusi düzəldilən yerdən və salonundan gömrük nəzarətindən gizlədilən, üzərində aksiz markası olmayan 6300 ədəd “Dubao” markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

15 yaşlı qızını qətlə yetirən ata MƏHKƏMƏ QARŞISINDA

16 Mart 2017 14:27

15 yaşlı qızını qətlə yetirməkdə təqsirləndirilən Nəsib Cabbarovun cinayət işi üzrə məhkəmə başlayıb.

Avtomobili qaçırıb satanlar ələ keçib

15 Mart 2017 17:11

Masallı sakinləri Tahir Abdinov və Natiq Muradov avtomobil qaçırmaqda şübhəli bilindiklərinə görə saxlanıblar. DİN-dən verilən məlumata görə, tutulan Tahir Abdinovun və Natiq Muradovun ətraflarında Baş Cinayət Axtarışı İdarəsi, Masallı RPŞ və Biləsuvar RPŞ əməkdaşları tərəfindən aparılan tədbirlərlə onların Şamil Hüseynova məxsus qaçırdıqları “VAZ-2107” markalı avtomobili Cəlilabad şəhər sakini Fadil Fərziyevə satmaları müəyyən edilib. F.Fərziyevin yaşadığı evin həyətinə baxış zamanı qeyd edilən avtomobil aşkar edilərək götürülüb.

Keçmiş məhkumdan marixuana götürülüb

15 Mart 2017 17:09

Bakı şəhər sakinində narkotik maddə aşkar edilib. DİN-dən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elxan Əliyevdən 1,125 qram heroin və 16,199 qram marixuana, Sulutəbə qəsəbəsindəki evinə baxış zamanı isə 1 kiloqram 200 qram marixuana aşkar edilərək götürülüb.

Bərdədə kabel oğrusu saxlanıb

15 Mart 2017 16:40

Martın 14-nə keçən gecə Bərdə rayonunun Alpoud və Tumaslı kəndləri ərazisində Rayon Telekommunikasiya Qovşağına məxsus 460 metr rabitə kabeli kəsilərək oğurlanıb, 400 metr hissəsi isə yararsız hala salınıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qarayusifli kənd sakini, əvvəllər məhkum olunmuş Arif Şıxməmmədov tutulub.

Dəm qazından zəhərlənmə hadisəsi ilə bağlı cinayət işi başlandı

15 Mart 2017 16:11

Martın 15-də saat 12 radələrində Xırdalan şəhəri, 26-cı məhəllə, ev 6, mənzil 4-də 5 qadın meyitinin aşkar edilməsi ilə bağlı Abşeron rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin işitirakı ilə baxış keçirilmişdir. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən qaz sobası götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Qız qaçıran sürücü tutuldu

15 Mart 2017 15:35

Martın 14-də saat 9 radələrində Şamaxı şəhəri ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş Bilal Abdullayev idarə etdiyi “KİA” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə həmin ərazidə xidmət aparan yol polisi əməkdaşı tərəfindən saxlanılıb.

Qadını öldürüb, cəsədini kanala atan kişi tutuldu

15 Mart 2017 15:34

Martın 11-də Qax rayonunun Əlibəyli kəndindən keçən kanalda Zərdab rayon sakini, 35 yaşlı Gülnar İbrahimovanın meyiti tapılıb. “Olaylar” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Təhlükəsiz Şəhər Xidməti, Qax RPŞ, Mingəçevir ŞPŞ və Yevlax RPŞ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Mayıl Məmmədovun həmin gün Mingəçevir şəhəri ərazisində G.İbrahimovanı “VAZ-2107” markalı avtomobilə oturdub Yevlax rayonunun Xaldan qəsəbəsinə, sonradan isə Qax rayonunun Əlibəyli kəndinə aparması və orada aralarında baş verən münaqişə zəminində boğaraq qətlə yetirməsi, cəsədini isə kanala atması müəyyən edilib. Görülən tədbirlərlə M.Məmmədov Yevlax rayonu ərazisində tutulub. Araşdırma aparılır.

Bakıda ikimərtəbəli ev yanıb

15 Mart 2017 14:15

Bakıda yanğın hadisəsi qeydə alınıb. “Olaylar” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, şəhərin Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 m2 olan ikimərtəbəli, 8 otaqlı, taxta konstruksiyalardan ibarət evin 2-ci mərtəbəsində 3 otaq 100 m2 sahədə və 1-ci mərtəbəsində 2 otaq 80 m2 yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın saat 04:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Rusiyanın yeni kriminal kralı kim olacaq? - TAXT UĞRUNDA MÜHARİBƏ 

15 Mart 2017 13:46

Yeni Moskvada 26 yaşlı "qanuni oğru" “Fransuz” ləqəbli Maksim Fransuzov ("Fransuz") sirli şəraitdə həlak oldu. O pəncərədən düşdü və öldü. Hazırda müstəntiqlər hadisənin səbəblərini araşdırır. Amma Fransuzun oğru dünyasının digər nümayəndələrilə münaqişə zəminində öldürüldüyü istisna edilmir. Kriminal dairələr bu ölümü təsadüfi hesab etmirlər və “Şakro Molodoy” ləqəbli “qanuni oğru” Zaxari Kalaşovun 2016-cı ildə həbs edilməsi ilə bağlı yaranmış çətin vəziyyətlə bağlayırlar.

Oğurluq avtomobillə qız qaçıran oğlan təsadüfən "ilişdi" - Polislərə hücum çəkdi

15 Mart 2017 13:30

Şamaxı rayonunda avtomobil qaçıran şəxs polisə müqavimət göstərib. Hadisə martın 14-də Şamaxı şəhəri ərazisində baş verib.

"Rabitə işi"ndə təqsirləndirilən şəxs məhkəməyə xərəkdə gətirilib

15 Mart 2017 13:05

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Daha bir "qanunu oğru" öldürüldü

14 Mart 2017 17:35

Moskvada "qanuni oğru" müəmmalı şəkildə öldürülüb.  ilkin ehtimala görə, 27 yaşlı "qanuni oğru" Maksim Fransuzovu ("Fransuz") yaşadığı mənzilin pəncərəsindən atıblar.

İsmayıllı sakinindən 1 kq marixuana götürülüb

14 Mart 2017 16:50

İsmayıllı şəhər sakini Ağabağır Sultanovda narkotik maddə aşkar edilib. DİN-dən verilən mlumata görə, İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakini Ağabağır Sultanovun evindən 1 kiloqram 327 qram marixuana götürülüb. Araşdırma aparılır.