Kriminal

Dələduzluqla məşğul olan keçmiş məhkum saxlanıb

14 Mart 2017 16:49

Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il noyabrın 10-dan cari il yanvarın 26-dək olan müddətdə şəhər ərazisində 2 avtomobildən və 2 evdən pul və məişət əşyaları oğurlayan şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, keçmiş məhkum Əjdər Nəcəfəliyevin ətrafında aparılan əməliyyat tədbirlri nəticəsində onun 1 nəfərə qarşı dələduzluq etməsi faktı aşkar edilib. 

Beş evi qarət edən şəxs ələ keçib

14 Mart 2017 16:48

Bakıda evlərə qənim kəsilən şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə martın 7-10-da rayon ərazisindəki 5 evdən pul, məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini Taleh Mürsəlov tutulub. Araşdırma aparılır. 

Yetkinlik yaşına çatmayana qarşı cinayət törətməkdə şübhəli bilinən şəxslər həbs edilmişlər

14 Mart 2017 15:41

Beyləqan rayon sakini, yetkinlik yaşına çatmayan Lalə Məmmədovaya (ad, soyad şərtidir) qarşı həmkəndliləri - 1996-cı il təvəllüdlü Tural Kərimov, 1997-ci il təvəllüdlü Kamil Hümbətov və digərləri tərəfindən seksual xarakterli hərəkətlər edilməsi faktına görə martın 9-da Beyləqan rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Maşın qaçıran şəxs saxlanıb

14 Mart 2017 15:34

Başqa dövlət qeydiyyat nişanları taxılaraq qaçırılmış avtomobil idarə etdiyi Bakı şəhər sakini ilə birgə saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 14-də paytaxtın Nizami rayonunun Babək prospektindən Bərdə rayon sakini Natiq Əlizadənin “Fiat” markalı avtomobili qaçırılıb. Polis əməkdaşları tərəfindən həmin avtomobilin martın 13-də Bakı-Sumqayıt yolunda üzərində başqa dövlət qeydiyyat nişanları taxılaraq hərəkətdə olması müəyyən edilib. Avtomobil saxlanılaraq onu idarə edən Bakı şəhər sakini İman Hüseynovla birgə Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinə təhvil verilib.

Evi qarət edib yandıran qadın tutulub

14 Mart 2017 15:33

Füzuli rayonunda oğurluq etdiyi evi yandırmaqda şübhəli bilinən qadın saxlanılıb. “Olaylar” Daxili İşlər Nazirliyinin rəsmi saytına isinadən xəbər verir ki, fevralın 11-də Füzuli rayonunda yaşayan Mədinə İsmayılovanın evindən məişət əşyaları oğurlamaqda, habelə evi qəsdən yandırmaqda şübhəli bilinən həmyerlisi Nazilə Novruzova Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır. 

Bakıda bir ailə qumar üstündə məhv oldu

14 Mart 2017 14:34

Bakıda qətl hadisəsi baş verib. Xətai rayonu, Əbilov küçəsi, ev 18/12 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Emin Sadiq oğlu Sadıqov mübahisə zəminində atası, 1962-ci il təvəllüdlü Sadiq Saleh oğlu Sadıqovu bıçaqlayaraq qətlə yetirib.

"Qaçqınkom"un ev vermək adı ilə köçkünlərin pulunu mənimsəyən vəzifəli şəxsinin məhkəməsi başlayıb

14 Mart 2017 14:20

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Gülnarə Muxtarovanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. G. Muxtarova ittihama münasibət bildirərək, özünü təqsirli bildiyini deyib. Sonra zərərçəkmiş şəxslər ifadə verib.

Polkovnikə 8 İL HƏBS

14 Mart 2017 14:02

"Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, polkovnik Əlövsət Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İlhamə Quliyevanın oğlunun dostu azadlığa buraxıldı

14 Mart 2017 13:53

Dələduzluqda təqsirləndirilən mərhum xalq artisti İlhamə Quliyevanın oğlunun dostu Vüqar Bəkirov azadlığa buraxılıb. Bu barədə vəkil Adəm Məmmədov məlumat verib. Vəkil qeyd edib ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə hüquqlarını müdafiə etdiyi Bəkirov Vüqar Nadir oğluna bəraət hökmü verilərək həbsdən azad olunub. V.Bəkirov 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Bir il bir aydan artıq həbsxanada olub.

Polkovnik qardaşı Rövşən Lənkəranskinin ölməməsi xəbərinə münasibət bildirdi

14 Mart 2017 13:26

Türkiyədə qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranskinin polkovnik qardaşı Namiq Canıyevyayılan şaiyələr və onun qəbirüstü abidəsi ilə bağlı danışıb.

MTN generallarının məhkəməsi təxirə salınıb

14 Mart 2017 12:55

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə bu günə təyin olunmuş məhkəmə prosesi baş tutmayıb.

Fikrət Qocanın oğlunu döyüb öldürüblər - Saxlanılanlar var

14 Mart 2017 12:37

Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevin qətlə yetirildiyi məlum olub. Martın 11-də saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Y.Qocayev hadisə yerində ölüb.

Boyunbağını gömrükdən keçirmək cəhdi alınmadı

14 Mart 2017 12:21

Astara Gömrük İdarəsində İran İslam Respublikasına gedən Azərbaycan Respublikası vətəndaşının gömrük nəzarəti zamanı hərəkətləri şübhə doğurduğuna görə saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Ali Məhkəmədə Cahangir Hacıyevin şikayətinə baxılıb

14 Mart 2017 11:36

Ali Məhkəmədə "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digərlərinin kassasiya şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin etməyib.