Kriminal
Akkumlyattor oğrusunun digər əməlləri aşkar edilib
Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də Sarvan Qayıbova məxsus "Kranex" markalı traktordan akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Oqtay Şirinov tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, ətrafında aparılan tədbirlərlə onun yanvarın 26-dan martın 10-dək olan müddətdə Kimyaçılar qəsəbəsi ərazisində Sumqayıt Telekommunikasiya Qovşağına məxsus 103 metr rabitə kabelini və Stansiya Sumqayıt qəsəbəsinin ərazisində şəhər telekommunikasiya qovşağına məxsus 65 metr elektrik kabelini, habelə bir nəfərə məxsus evdən 1300 manat pul oğurlaması da müəyyən edilib.
Gədəbəy sakinindən ov tüfəngi götürülüb
Gədəbəy sakinində odlu silah aşkar edilib. DİN-dən verilən məlumata görə, Gədəbəy rayonunun Mor-mor kəndində yaşayan Şəmşəd Qurbanovdan müvafiq 2 ədəd "İJ" markalı ov tüfəngləri, 31 ədəd patron və 18 ədəd giliz aşkar edilərək götürülüb. Götürülən silahların müvafiq sənədləri olmayıb.
İnternet vasitəsilə bankdan pul çıxaran tutulub
Cari ilin may ayının 11-də Bakı şəhər sakini Qızqayıt Abbasova Nəsimi RPİ 22-ci Polis Bölməsinə müraciət edərək banklardan birindəki hesabından 207 manat pulunun yoxa çıxmasını bildirib. DİN-dən verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Q.Abbasovanın pulunun Qazax rayon sakini Əli Əliyev tərəfindən internet vasitəsi ilə çıxarılması müəyyən edilib və o, iyunun 12-də Nəsimi rayonu ərazisində tutularaq istintaqa təhvil verilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.
Öz evlərindən külli miqdarda pul oğurlayan qız saxlanılıb
Daxili İşlər Nazirliyi öz evlərindən oğurluq edən qızla bağlı məlumat yayıb. "Olaylar” DİN-ə istinadən xəbər verir ki, bu il aprel ayının 15-dən iyunun 14-dək olan müddətdə Nərimanov rayonu ərazisindəki mənzillərdən birindən naməlum şəraitdə 12.000 manat pul və 4.000 manat dəyərində qızıl əşyalar oğurlanıb. Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibəsinin qızı saxlanılıb və izahatı alındıqdan sonra buraxılıb.
12 milyon dollar mənimsəməkdə təqsirləndirilən iş adamı zərərçəkmişə etiraz etdi
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs olunan iş adamı Ceyhun Canıyevin işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş iş adamı Zabir Əliyev ifadə verib. Zərərçəkmiş bildirib ki, təqsirləndirilən şəxs onun 6 milyon 900 min dollarını və 2 milyon 122 min dollarlıq qeyri-yaşayış sahəsini ələ keçirib.
Türkiyədən narkotik gətirən qadınlara HÖKM OXUNDU
Türkiyədən narkotik vasitə gətirməkdə təqsirləndirilən Nisə Babayeva ilə Səyanə Nağıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cianyətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib.
"MTN-nin vəsiqəsini göstərib dedi, başınıza oyun açacam" - Qadın şirkət rəhbəri
Dələduzluqda təqsirləndirilən "Topstap LTD" MMC-nin təsisçisi Mətanət Həsənovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
MTN-çilərin soyduğu siqaret qaçaqmalçıları dama çıxdı: "Özümüzü atacağıq"
MTN işi" üzrə zərərçəkənlər Sahib Qurbanov və Zaur Əzimov "Xətai Estetik klinikası"nın yaxınlığındakı çoxmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyirlər. Adları çəkilən şəxslər haqlarının bərpa olunmayacağı təqdirdə belə bir addım atacaqlarını bildiriblər. Zərərçəkmişlərin əsas tələbi keçmiş MTN rəhbərliyinin onlara qarşı etdiyi haqsızlıqlardır. Hazırda Fövqaladə Hallar Nazirliyinin və polis əməkdaşları hadisə yerindədirlər.
Özünü şübhəli apardı - Yarım kilodan artıq heroinlə tutuldu
Sumqayıt polisi külli miqdarda narkotik vasitəni dövriyyədən çıxarıb. DİN-nin Mətbuat Xidmətindən verilən məlumata görə, iyunun 10-da Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində bir nəfər özünü şübhəli apardığından polis əməkdaşları tərəfindən saxlanılaraq 3-cü Polis Bölməsinə gətirilib.
Xaçmazda qayınatadan qandonduran hərəkət
Gəlinini öldürməkdə təqsirli bilinən Xaçmaz rayon sakini, 1954-cü il təvəllüdlü Məlikməmməd Adgözəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Qətl hadisəsi ötən ilin iyulun 21-də Xaçmaz rayonun Uzunoba kəndində baş verib. Kənd sakini Məlikməmməd Adgözəlov gəlini, 1984-cü il təvəllüdlü Rəmziyyə Əbdürrəhmanovaya yaba ilə çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. Hadisəni törədən Məlikməmməd Adgözəlov saxlanılıb.
Dələduzun digər cinayət əməlləri müəyyən edilib
Bakı şəhər sakini Vasif İsmayılov dələduzluq etməkdə şübhəli bilindiyinə görə saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, ətrafında Sabunçu RPİ 15-ci PB əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun aprelin 10-da bir avtomobildən 1850 manat pul, mobil telefon və sənəd oğurlaması da müəyyən edilib.
Tərtərdə evlərə qənim kəsilən şəxs ələ keçib
Tərtər rayon ərazisindəki evlərdən birindən 4450 ABŞ dolları və 260 manat pul, habelə qızıl əşyalar oğurlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Poladlı kənd sakini, əvvəllər məhkum olunmuş Cavid Quliyev tutulub.
Oğrunun digər əməlləri aşkar edilib
Samir Hüseynov adlı şəxs oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulub. DİN-dən verilən məlumata görə, ətrafında Nərimanov RPİ 17-ci PB əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun iyunun 12-də Bakı şəhər sakinləri olan 2 nəfərin mobil telefonunu soyğunçuluq yolu ilə alması da müəyyən edilib. Hazırda saxlanılan şəxsin digər cinayət hadisələrində iştirak edib-etməməsi istiqamətində iş aparılır.
Qubada oğurluğun qarşısı alınıb
İyunun 13-nə keçən gecə Quba rayon İcra Şöbəsinin həyətində olan "Mercedes" markalı avtomobildən akkumulyator oğurlanmağa cəhd göstərilib. DİN-dən verilən məlumata görə, akkumlyatoru oğurlamağa cəhd göstərən rayon sakini Ədalət Süleymanov Quba Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə təhvil verilib.
Bakı sakinindən 7,1 kq marixuana götürülüb
Bakı şəhər sakinində külli miqdarda narkotik vasitə aşkar edilib. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Sergey Musayevdən 7 kiloqram 100 qram marixuana aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.














