Kriminal
Tapança satan keçmiş məhkum tutulub
Qazax rayon sakinindən odlu silah götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Qazax RPŞ əməkdaşlarının keçirdikləri birgə əməliyyat keçiriblər. Əməliyyat tədbirləri nəticəsində Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Şahməddin Mustafayev 1 ədəd "Naqan" markalı tapançanı, 8 ədəd patronu və 1 ədəd xəncəri 800 ABŞ dollarına satarkən tutulub.
Azərbaycan və Rusiya polisi birgə əməliyyat keçirdi
Azərbaycan Respublikasının və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən, cari il mayın 29-dan iyunun 4-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində “Sərhəd” şərti adı altında birgə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib. Bu barədə DİN-dən verilən məlumata görə, əməliyyatın əsas məqsədi transmilli mütəşəkkil cinayətkar dəstələrin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində birgə kompleks təşkilati-praktiki tədbirlərin, həmçinin sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların icrasının yerinə yetirilməsi olub.
Lənkəranskinin bandasının qalıqları belə ələ keçdi - YENİLƏNİB
Rövşən Lənkəranskinin Rusiyanın Nijni Tagil şəhərində fəaliyyət göstərən bandası ələ keçib. Hələ ki 3 nəfəri həbs edən yerli polis dəstənin başqa üzvlərini də axtarır. Onlar adam oğurluğu, quldurluq, silahlı basqın və reketlikdə ittiham olunurlar. Məlumata görə, saxlanılanların yaşadığı evdə polis axtarış aparıb. Oradan xeyli silah-sursat tapılıb. İlkin dindirmə zamanı o da məlum olub ki, bir qədər əvvəl onlar Nijni Tagil sakininin mənzilini satdığını öyrəniblər. Bundan sonra onun evinə basqın ediblər. Ev yiyəsini çəkiclə döyəndən sonra 100 rubl pulunu əlindən alıblar.
Həbsdə olan Bayram Kürdəxanalıdan XƏBƏR VAR
Tanınmış meyxanaçı Bayram Kürdəxanlı azadlığa çıxıb. Məlumata görə, meyxanaçı bir neçə gün əvvəl azadlığa buraxılıb. B. Kürdəxanlı barəsində ötən il Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə cinayət işi açılmışdı. O, 1 il müddətinə azadlıqdan məhrum edilmişdi.
“Rabitə işi”ndə təqsirləndirilən şəxslərin nazirliyə ödədiyi məbləğlər açıqlanıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam etdirilib.
Bakida müdhiş “obnaliçka” əməliyyatı: 18 milyon manat kimə və niyə verilib?
Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Bakıda evdə Türkiyə vətəndaşının meyiti tapılıb
Bakıda mənzildə Türkiyə vətəndaşının meyiti tapılıb. Hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Türkiyə vətəndaşı, 1970-ci il təvəllüdlü Faxri Abdullah Demircanın yaşadığı evdə meyiti tapılıb. Onun ürək tutmasından öldüyü ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.
Daha bir azərbaycanlı beynəlxalq axtarışa verildi
Daha bir azərbaycanlı İnterpol xətti ilə axtarışa verilib. Axtarışa verilən 1953-cü il təvəllüdlü Fətalı Quliyev cinayətkar dəstə yaratmaqda və digər ağır cinayətlərdə ittiham edilir. F.Quliyev barəsində başlanmış cinayət işinin istintaqından yayındığı üçün Azərbaycanın məhkəmə orqanı onun barəsində həbs qəti imkan tədbiri seçib. Həmin qərar əsasında da F.Quliyev İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.
İŞİD-ə dəstək nümayiş etdirən şəxslərin məhkəməsi başlayıb
Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluqda təqsirləndirilən Aydın Gülməmmədov və Əmrah İmanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakının məşhur gecə klubunda qətl- ERMƏNİ MAHNISINI SİFARİŞ VERDİ, ÖLDÜRDÜLƏR
Bakıda gecə klubunda mahnı üstündə digər müştərini öldürməkdə təqsirləndirilən Vüsal İbrahimovun cinayət işi üzrə məhkəmə davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Şəlalə Mirzəyeva dindirilib. O, gecə klubda xadimə işlədiyini deyib və davaya şahidlik etmədiyini bildirib: "Nə vuranı, nə də vurulanı görmüşəm. Mən xadiməyəm. Ancaq mətbəxdə oluram. Məni çağırdılar ki, qanı təmizləmək lazımdır. Mən də bilmədim, təmizlədim. Sonra polislər gəldi. Qanı sildiyim yerləri polislərə göstərdim. Bilmirdim ki, oranı silmək olmaz. Dedilər, sil, mən də sildim".
Özünü MTN polkovniki kimi təqdim edən qadının məhkəməsində şahidlər ifadə verib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Akimova və İlham Baxışovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Yusif Hüseynov deyib ki, 6 il əvvəl Aygün Akimova adlı qadına ev satıb. O, heç kimi tanımadığını bildirib. A. Akimova da ev aldığını təsdiqləyib.
"Rəşam" ləqəbli narkobaron saxlanıldı: "Mən bunun çəkəniyəm" - VİDEO
Şəmkirdə xeyli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Şəmkir rayon sakini 40 yaşlı Ürəkşam Məmmədovun ürəyini polis elə şam kimi əridib. Daxil olan əməliyyat məlumatına əsasən, axtarış aparan polis əməkdaşları Ürəkşamın yaşadığı ünvandan, sözün əsl mənsaında, ürək əsdirəcək vasitələr aşkarlanıb.
Lapşinin cinayət işi MƏHKƏMƏYƏ GÖNDƏRİLDİ və icraata verildi
Aleksandr Lapşinin barəsində başlanmış cinayət işinin materialları baxılmaq üçün məhkəməyə göndərilib. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlövsət Abbasovun icraatına verilib. Yaxın günlərdə iş üzrə məhkəmə prosesinin hazırlıq iclasının vaxtı müəyyən ediləcək.
Vidadi Zeynalov dövlətə vurduğu ziyanın bir hissəsini ödəyib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov dövlətə vurduğu ziyanın bir hissəsini ödəyib. V. Zeynalov bir neçə gün əvvəl 2 milyon manat ödəyib, onun hazırda ödəməli olduğu məbləğ 4 milyon 220 min manatdır. Bundan əlavə, "Rabitə işi" üzrə təqsirləndirilən şəxslərdən Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş mühasibi olmuş Anar Mustafayev də dəymiş ziyanı ödəyib. Onun ödədiyi məbləğ 567 min manatdır.
MTN-in keçmiş şöbə rəisinin məhkəməsində mübahisə yaranıb
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vidadi Əzizovdan hədə-qorxu yolu ilə külli miqdarda pul almaqda ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.














