Kriminal
"Nardaran işi" Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarıldı
Bu gün Bakı Apellyasiya Məhkəməsində "Müsəlman Birliyi" adlanan təşkilatın həbsdə olan sədri Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
DİN: Bakıda Mühafizə Xidməti əməkdaşları ilə mağaza işçiləri arasındakı qarşıdurma ilə bağlı 13 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyi Bakıda Mühafizə Xidməti əməkdaşları ilə mağaza işçiləri arasında baş verən qarşıdurma ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.
Azərbaycan 3 fətullahçını tutub Türkiyəyə ekstradisiya edir, biri pedaqoqdur
Azərbaycan hüquq-mühafizə orqanları Türkiyə tərəfindən axtarılan 3 fətullahçını saxlayıb və onların ekstradisiyasına dair qərar verib. Virtualaz.org Türkiyə mənbələrinə istinadən xəbər verir ki, onlardan biri Taci Şentürkdür. Taci Şentürk bu gün xüsusi təyyarə ilə Türkiyəyə ekstradisiya ediləcək. Onun Türkiyədə “FETÖ mənsubu” kimi həbs ediləcəyi gözlənilir.
Ermənistan İlqar Məmmədovun azad olunmasını tələb edir və sanksiyalarla hədələyir
İyunun 6-7-də Avropa Şurasının Nazirlər Kabinetində Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının yerinə yetirilməsi üzrə vəziyyət müzakirə edilib. Başqa məsələlərlə yanaşı, AİHM-nin “İlqar Məmmədov Azərbaycana qarşı” işi üzrə Qərarının icrasının gedişi müzakirəyə çıxarılıb.
Neftçala sakinindən odlu silah götürülüb
Neftçala şəhər sakinində silah-sursat aşkar edilib. DİN-dən verilən məlumata görə, Qaradağ RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Neftçala rayon sakini Fərid Əsgərovdan "TT" markalı tapança, 1 ədəd patron darağı və 1 ədəd patron götürülüb. Ətrafında aparılan araşdırmalar zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
17 yaşlı qızı şantaj edən tutulub
İyunun 7-də İbrahim Novruzlu adlı şəxs Masazır qəsəbə sakini olan 17 yaşlı bir qızdan barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 50 manat pul alıb. DİN-dən verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində almaqda şübhəli bilinən Biləsuvar rayon sakini İbrahim Novruzlu tutulub. Faktla bağlı araşdırma aparılır.
Velosiped oğrusu yaxalanıb
Nəsimi rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 10-da Bakı şəhər sakini Zaur Məmmədova məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini Sevda Ağayeva tutulub, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Evdən qızıl oğurlayan qadın ələ keçib
İyunun 2-də Lənkəran rayon ərazisindəki evlərdən birindən 5000 manat dəyərində qızıl əşyalar oğurlanıb. DİN-dən verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Göyşaban kənd sakini Tamara Həsənova tutulub.
Bakıda telefon oğrusu tutulub
Narimanov rayonunda mobil telefon oğrusu saxlanıb. DİN-dən verilən məlumata görə, iyunun 6-da Bakı şəhər sakini Seymur Əliyevin 2 ədəd mobil telefonunu oğurlanıb. Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları tərəfindən oğurlamaqda şübhəli bilinən Lənkəran şəhər sakini Elnur Rəhimzadə tutulub. Araşdırma aparılır.
Maşını qarət edənlərin əlləri qandallanıb
Sumqayıt polisi maşınlara qənim kəsilən şəxsləri ifşa edib. DİN-dən verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 5-də Arzu Şəfiyevaya məxsus "Mazda" markalı avtomobildən içərisində 300 manat pul, sənəd və kosmetik əşyalar olan çantanı oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Alı Alıyev və Ceyhun Şirinov tutulublar. Araşdırma zamanı onların əvvəllər məhkum olunduqları müəyyən edilib.
Avtomobildən pirotexniki vasitə və siqaretlər aşkar edilib
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasən “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mitsubishi Airtrek” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobilin yük yerində sağ və sol örtüklərin altından gömrük nəzarətindən gizlədilən 31 qutu pirotexniki vasitə və 2000 ədəd “Marlboro” markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Oğrular 25 minlik cins inəkləri 8 minə satdılar
Mayın 7-də Novxanı kənd sakinləri Əyyub Mirzəyevin və Xanağa Tağıyevin kəndin otlaq sahəsinə buraxdıqları iribuynuzlu mal-qara geri qayıtmayıb. “Olaylar” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, həmin gün onlar bu barədə Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək fermer təsərrüfatları üçün aldıqları ümumi dəyəri 25 min manatdan çox olan 8 baş cins inəklərinin otlaq sahəsindən oğurlandığını bildiriblər.
Bakıda ərzaq mağazasını yaran saxlanıb
İyunun 5-də Nəsimi rayonu ərazisindəki ərzaq mağazalarından birində oğurluq hadisəsi qeydə alınıb. DİN-dən verilən məlumata görə, Bakı şəhər sakini İsmayıl Qədirovun içərisində 1500 manat və 1300 ABŞ dolları olan pul qabısı oğurlanıb. Hadisəni törətməkdə şübhəli bilinən Mariya Pronina Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşları tərəfindən tutulub.
Evdən 12 000 manat dəyərində qızıl aparan tutulub
Nizami rayonunda oğurluq hadisəsi baş verib. Belə ki, iyunun 5-də rayon ərazisindəki evlərdən birindən 12 000 manat dəyərində qızıl əşyalar oğurlanıb. DİN-dən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsini 25-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Qusar rayon sakini Sadil Allahverdiyev tutulub.
Bakı sakinindən marixuana götürülüb
Bakı şəhər sakinindən 305 qr marixuana götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad Musayevdən 305 qram marixuana götürülüb.














