Kriminal
Vidadi Zeynalov evini sataraq ziyanın daha bir hissəsini ödəyib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov dövlətə vurduğu ziyanın daha bir hissəsini ödəyib. Bu barədə açıqlama verən V. Zeynalovun vəkili Elxan Süleymanlı deyib ki, müdafiə etdiyi şəxsin ailəsi yaşadığı mənzil satılıb və dövlətə 2 milyon 200 min manat ödəniş edilib. V. Zeynalovun qalan borcu 2 milyondur.
Sintetik narkotik vasitələr hazırlayan şəxslər saxlanılıb
Baş Narkotiklərlə Mübarizə İdarəsinin (BNMİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində paytaxt sakini Rəsul Hacıyev şübhəli şəxs qismində saxlanılıb.
Dünyamin Xəlilovun vəkilləri məhkəməyə gəlmədi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilərək həbs edilən iş adamı və sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov, Rauf Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Evləri qarət edən dəstə ifşa edilib
Sabunçu rayonunda oğurluqda şübhəli bilinən dəstə saxlanıb. DİN-dən verilən məlumata görə, dəstə üzvləri Qafur Quliyevin, Rəfayel Bəşirovun, Elmar Nəzərovun və Amir Nəsirovun ətraflarında Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onların fevralın 4-dən mayın 13-dək olan müddətdə rayon ərazisindəki 3 evdən pul oğurlamaları da müəyyən edilib.
Kultivasiya yolu ilə yetişdirilən 31 ədəd çətənə kolu aşkar edilib
Lənkəran sakinin həyətində çəətənə kolu aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, daxil olan məlumat əsasında Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Səpnəkəran kənd sakini Əziz Fətullayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 31 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Biləsuvar sakinindən “Makarov” götürülüb
Biləsuvar şəhər sakini dən odlu silah götürülüb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Razi İsayevdən "Makarov" markalı tapança və 7 ədəd patron götürülüb. Hazırda silahın haradan əldə edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Bəzi hakimlərin səlahiyyət müddəti başa çatır
“Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edilir. Parlamentdən verilən məlumatda bildirilib ki, bəzi hakimlərin seçilmə müddəti başa çatır. Bununla əlaqədar konkret təyinatlar olacaq. Bir sıra səlahiyyət müddəti tamam olmuş hakimlərin təyinat məsələlərinə baxılacaq. Bunlar əsasən apelyasiya və digər məhkəmələrin hakimləridir. Qanuna dəyişiklik Milli Məclisin iyunun 30-da keçirləcək növbədənkənar iclasında müzakirə ediləcək.
Həmkəndlisini balta ilə qətlə yetirərək basdırıb
Göyçay rayonunun Çərəkə kəndində kənd sakinini qətlə yetirməkdə şübhəli bilinən Ucar rayon sakini tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, iyunun 18-də Göyçay rayonunun Çərəkə kəndində kənd sakini Sadiq Musayevin iyunun 14-də evdən çıxması və itkin düşməsi barədə RPŞ-yə müraciət olunub.Göyçay rayon prokurorluğunun və RPŞ-nin əməkdaşları tərəfindən görülən tədbirlərlə iyunun 14-də S.Musayevin evində Ucar rayon sakini Seymur Xanməmmədov tərəfindən balta ilə qətlə yetirilməsi və həyətdə basdırılması müəyyən edilib. Belə ki, meyit eksqumasiya edilib. Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri ilə S.Xanmaməmədov tutulub. Faktla əlaqədar cinayət işi başlanılıb.
Sabirabad sakinləri ov tüfəngini könüllü polisə təhvil veriblər
Sabirabad rayonunun Qaratəpə və Şıxsalahlı kənd sakinləri ov tüfəngələrini könüllü olaraq təhvil veriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Sabirabad rayonunun Qaratəpə kənd sakini Təbriz Hacıyev nömrəsi silinmiş və lüləsi kəsilmiş “TOZ-B” markalı, Şıxsalahlı kənd sakini Xamis Məmmədov isə nömrəsi silinmiş “TOZ-16” markalı tüfəngləri könüllü olaraq RPŞ-yə təhvil veriblər.
Şahtaxtı gömrük-sərhəd keçid məntəqəsində 93 kq heroin aşkar edilib
Naxçıvan Muxtar Respublikasının gömrük əməkdaşları külli miqdarda narkotik vasitənin muxtar respublika ərazisindən tranzit keçməklə qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, narkotik qaçaqmalçılığı faktı Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə sərhədində yerləşən Şahtaxtı gömrük-sərhəd keçid məntəqəsində qeydə alınıb.
Dövlət Sərhəd Xidməti Yardımlıda iki xarici vətəndaşı saxlayıb
Yardımlı rayonunun Alar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan İrana dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər xarici vətəndaş saxlanılıb. Dövlət Sərhəd Xidmətindən “Olaylar”a verilən məlumata görə, həmin şəxslər Banqladeş Xalq Respublikası vətəndaşları - 1991-ci il təvəllüdlü Amin MD Tacul, 1985-ci il təvəllüdlü Muhammad Bahauddin və onlara bələdçilik edən İran İslam Respublikası vətəndaşı 1963-cü il təvəllüdlü Həsənli Fateh Həmid oğludur.
Azərbaycan adam oğurlamaq istəyən şəxsi axtarışa verdi
Azərbaycan Respublkası daha bir şəxsi "İnterpol" xətti ilə beynəlxalq axtarışa verib. 30 yaşlı Kamil Əmirov adam oğurluğuna cəhddə və xuliqanlıqda ittiham olunur.
"Rabitə işi" təxirə salındı - Təqsirləndirilən şəxsin şəkəri yüksəldi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Təmir Təchizat Servis MMC-nin direktoruBayram Vəliyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Mobil telefon oğrusu saxlanıb
İyunun 14-də Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Xəyyam Qiyasbəylini döyərək mobil telefonunu alıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Goranboy rayon sakini, əvvəllər məhkum olunmuş Ayaz Babayev tutulub.
Keçmiş məhkumdan marixuana götürülüb
Sumqayıt sakinindən narkotik vasitə götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Azad Allahverdiyevin şəhər ərazisində yaşadığı evə baxış zamanı oradan 405 qram marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilən 4 ədəd çətənə kolu aşkar edilərək götürülüb.














