Kriminal

Tağı Əhmədov Akif Çovdarovun məhkəməsində ifadə verib - YENİLƏNİB

21 İyun 2017 12:52

Prosesdə T. Əhmədov dindirilib. İclasdan sonra T. Əhmədov jurnalistlərə açıqlama verməyib və sualları cavablandırmayıb. O, "sağ olun" deməklə kifayətlənib. Zərərçəkmiş şəxslər isə bildiriblər ki, Akif Çovdarov iclasda geniş ifadə verib. Vəkillər ondan hansısa tələblərinin olub-olmamasını soruşublar. O, dəymiş ziyanın ödənilməsini istəyib:"Leyli Məcnunu hamı oxuyub. Orada Məcnun nə istəyir hamı bilir. Mən də verdiyim pulu Akif Çovdarovdan istəyirəm. Mən Eldar Mahmudovun köməkçisi ilə danışırdım. O, bildirdi ki, mənə nəzarəti Akif Çovdarova tapşırıblar. Bundan sonra Akif Çovdarov məndən bahalı maşınlar almağımı istədi ". 

Nazirin qardaşı məhkəməyə gətiriləcək - Dələduzluq işi

21 İyun 2017 12:04

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesə sədrlik edən hakim Şəkər Məmmədova bildirib ki, zərərçəkmiş Əlikram Camalov prosesə gəlməyib, məhkəmədə onun nümayəndəsi İmaməli Əsgərov iştirak edir.

Diri-diri basdırılan biznesmenlə bağlı yeni xəbər - ŞOK TƏFƏRRÜAT

21 İyun 2017 11:36

Moskvada qəbiristanlıqda diri-diri basdırılan azərbaycanlı iş adamı Hikmət Salayevlə bağlı yeni xəbər var. Salayevi oğurlayıb basdıranlardan 3 nəfəri həbs edilib. Rusiya DİN-in sözçüsü İrina Volkun bildirdiyinə görə, onlardan ikisi Moskvada, bir nəfəri isə Dağıstanda Azərbaycanla sərhəddə saxlanılıb. İrina Volkun dediyinə görə, ilkin dindirmə zamanı məlum olub ki, Salayev "Lotu Quli"nin sifarişi ilə oğurlanıbmış. Saxlanılanlar ilkin dindirmə zamanı sifarişin məhz "Quli"dən aldıqlarını etiraf ediblər.

"Yad kişi ilə gördüm, dedi "işinlə məşğul ol"" - Arvadını öldürən şəxs

20 İyun 2017 17:57

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını namus üstündə öldürməkdə təqsirləndirilən Əkbər Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Faiq Qəniyevin icraatında prosesdə hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib.

Elektrik kabeli oğurlamaqda şübhəli bilinən şəxs tutulub

20 İyun 2017 17:02

820 m elektrik kabelini oğurlamaqda şübhəli bilinən Lənkəran rayonunun Göyşaban kənd sakini tutulub. “Olaylar” Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, DİN-in Kriminalistik Tədqiqtlar İdarəsi və Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərdən birindən 820 metr elektrik kabelini oğurlamaqda şübhəli bilinən Göyşaban kənd sakini Ramiz Fərzullazadə tutulub.

Sübahir Qurbanov və digərlərinin məhkəməsində Vidadi Zeynalovun köməkçisi ifadə verib

20 İyun 2017 16:44

Bu gün Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Vidadi Zeynalov generala çaxır göndərdi” – MTN işi

20 İyun 2017 16:27

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Narkoloji Dispanserin rüşvət almaqda təqsirləndirilən sabiq baş həkiminin məhkəməsi başlayıb

20 İyun 2017 15:16

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər Narkoloji Dispanserinin rüşvət almaqda təqsirləndirilən keçmiş baş həkimi Hüseyn Həsənovun və xəstəxananın tibb qeydiyyatçısı Mətanət Şamçıyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Aministiyaya düşən qadına yenidən 9 il cəza verildi

20 İyun 2017 13:45

100 min manatdan çox dələduzluq etməkdə təqsirli bilinən Emilya Həşimovanın cinayət işi üzrə məhkəmə davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndiriləm şəxs son söz deyib. O, əməlindən peşman olduğunu bildirib. Prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Emiliya Həşimova 9 il müddətinə azadlıqdan məhrum edilib.

"Çingiz otağa girən kimi Cəfər şalvarına batırdı" - Akif Çovdarov

20 İyun 2017 13:43

Bu gün ləğv olunmuş MTN-nin generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyevvə Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Daxili orqanında narkotik vasitə aşkar edildi

20 İyun 2017 13:14

Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, şəxsi yoxlama zamanı vətəndaşın şalvarının cibindəki siqaret qutusunda, eləcə də tibbi müayinə nəticəsində onun daxili orqanında (düz bağırsağında) narkotik vasitələr – ümumi xalis çəkisi 101,286 qram olan tiryək və xalis çəkisi 1,235 qram olan heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Avtobusun yük yerində həşiş aşkar edilib

20 İyun 2017 13:13

Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına daxil olan sərnişin avtobusuna kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib.

Bakıda əxlaqsız qadınlar turistin başına görün nə oyun açdı - ŞOK HADİSƏ

20 İyun 2017 11:26

İyunun 20-nə keçən gecə Bakıda qonaq olan iraqlı turist polisə müraciət edib. İraq vətəndaşı olan 1976-cı il təvəllüdlü Abdulməcid Manaf Abdulhəmid oğlu bildirib ki, dünən axşam saatlarında Fəvvarələr Meydanında intim xidmət təklif edən 3 qadınla tanış olub. Daha sonra o, həmin qadınları Neftçilər prospekti 110 ünvanındakı binada kirayə tutduğu mənzilə aparıb və eyş-işrət məclisi təşkil olunub. Gecə saat 03:30 radələrində isə 41 yaşlı iraqlı turist hamam otağında olarkən qadınlar onun içində 3 min manat olan pul kisəsini və "Samsung" markalı telefonunu götürərək aradan çıxıblar.

Balakəndə külli miqdarda narkotik maddə aşkarlanıb, saxlanılan var

19 İyun 2017 18:50

Balakən rayonunda külli miqdarda narkotik maddə aşkarlanıb.  DİN-dən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daha bir uğurlu əməliyyat tədbiri həyata keçirilib.