Kriminal
Gizlədilən narkotik vasitə xidməti itin köməyi ilə aşkara çıxarıldı
Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşının idarə etdiyi "Scania" markalı, 74B260-10 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna kinoloji xidmət iti tətbiq edilməklə baxış keçirilib.
DİN arvadı və 40 günlük körpəsini öldürən şəxs barədə məlumat yaydı
Daxili İşlər Nazirliyi (DİN) arvadı və 40 günlük körpəsini qətlə yetirən şəxs barədə məlumat yayıb. “Olaylar” xəbər verir ki, DİN-in məlumatına görə, uyunun 21-də Daşkəsən rayonunun Şahvələdli kəndində kənd sakini Kamilə Məmmədovanın və 40 günlük qızının küt alətlə qətlə yetirilən meyitləri evlərində tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə həyata keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən K.Məmmədovanın əri, əvvəllər məhkum olunmuş Raqif Ələkbərov tutulub.
Təcridxanada uşaq dünyaya gətirən qadına hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Gülşən Bəkirova, Zoya Nadirova və Xalidə Bəkirovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Azər Orucovun sədrliyi keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, G. Bəkirova 8 il, X. Bəkirova 8 il 6 ay müddətinda azadlıqdan məhrum edilib. Z. Nadirova isə 3000 min manat məbləğində cərimə edilib.
Azərbaycana gətirilən oğurluq maşın gömrükdə saxlanıldı
Avtonəqliyyat Baş Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan vətəndaşı Cəfərov Zakir İsrafil oğlu tərəfindən “Sərbəst dövriyyə üçün buraxılış” gömrük rejimində rəsmiləşdirmək üçün ölkəyə gətirilmiş 2016-cı il buraxılışlı “MERCEDES BENZ VİTO TOURER” markalı nəqliyyat vasitəsinə baxış keçiriblər.
Dələduzluqda təqsirləndirilən sabiq MTN polkovnikinin məhkəməsi başlayıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat Əliyev, Anar İsmayılov, Ceyhun İbayev, Vüqar Əsədov və Vüqar Güləliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Zərərçəkmiş məhkəmədə sabiq MTN generalını ittiham etdi
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi olmuş general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı olmuş polkovnik Azər Mehdiyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
12 milyon mənimsəməkdə təqsirləndirilən sahibkar məhkəmə önündə
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs olunan iş adamıCeyhun Canıyevin işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Zabir Əliyev vəkillərin suallarını cavablandırıb.
"Lotu Quli"nin yaxınlarına hökm oxunacaq - Müğənni İntizarı silahla hədələyiblər...
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilənlər - Vazeh Bağırov, Gündüz Xəlilov, İlqar Həsənov, Emin Bağırov və Ariz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Nardaran sakini tüfəngi könüllü olaraq polisə təhvil verib
Nardaran sakini tüfəngi könüllü olaraq polisə təhvil verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Mirzədadaş Cəlilov müvafiq sənədləri olmayan “İJ-12” markalı ov tüfəngini könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini tutulub
İyunun 18-19-da rayon ərazisində 1 evdən, 1 mağazadan, 1 torpaq sahəsindən və 1 emalatxanadan müvafiq olaraq gümüş sırğa, noutbuk, velosdiped, təmir-tikinti alətləri və məişət əşyaları oğurlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Səbail RPİ 41-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nadir Məmmədov tutulub. Araşdırma aparılır.
Oğurluğun üstü 2 ildən sonra açıldı
Abşeron rayonunda oğurluq hadisəsinin üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2015-ci ilin noyabr ayında rayon ərazisindəki evlərdən birindən pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Mehdiabad qəsəbə sakini Kamran İsmayılov tutulub. Araşdırma aparılır.
Moskvada azərbaycanlı iş adamından 1 milyon tələb edənlər saxlanıldı
Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin əməkdaşları Azərbaycan vətəndaşı olan iş adamından hədə-qorxu yolu ilə pul tələb etməkdə şübhəli bilinən üç nəfəri saxlayıb.
Vəkilləri Vidadi Zeynalova bəraət istəyiblər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam etdirilib.
Telefondan narkotik vasitə çıxdı
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə əlaqədar fakt qeydə alınıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, gömrük baxışı zamanı, sözügedən vətəndaşa məxsus pul kisəsində xalis çəkisi 29,129 qram olan metamfetamin adlı psixotrop maddə, mobil telefonun arxa qapağının altında isə 4 ədəd bükümdə, ümumi xalis çəkisi 2,864 qram olan narkotik vasitə – heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Daşkəsəndə ana və körpəsinin qətli ilə bağlı cinayət işi başlanıb, şübhəli şəxs axtarılır - YENİLƏNİB
Daşkəsəndə törədilən dəhşətli qətllə bağlı cinayət işi başlanıb. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.














