Kriminal
Bakıda tutulan erməninin cinayət işi geri qaytarıldı
Bu gün Bakı Apellyasiya Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.
Bakıda Vərəm Dispanserdə qayınanasını öldürən şəxsin məhkəməsində həkim ifadə verib
Bu gün Bakı Ağır Cinayətlər Məhləməsində qətl törətməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü Elçin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Vərəm Dispanserdə mühafizəçi işləyən Hüseynağa Hüseynov ifadə verib.
Dostuna qarşı 20 min manatlıq dələduzluq edən şəxs azadlığa buraxıldı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əli Cahangirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ə.Cahangirov barəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Prokuror "Zaminbank"ın vəzifəli şəxslərinə cəza istəyib
Lisenziyası ləğv edilən "Zaminbank" ASC-nin Cənub filialının sabiq müdiri Müşfiq Bayramovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Əli Əliyev çıxış edərək, təqsirləndirilən şəxslərin cinayətinin məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyib. O, M. Bayramovun 11 il 6 ay, Mübariz Gözəlovum 9 il, Vasif Həsənovun 5 il, Nailə İsgəndərovanın 4 il, Mehriban İsmayıovnın 4 il, Nuranə Kərimlinin isə 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxslərin vəkilləri çıxış üçün məhkəmədən vaxt istəyiblər. Buna görə məhkəmə prosesi iyulun 7-dək təxirə salınıb.
Zərərçəkən Maqsud Mahmudov Eldar Mahmudovun məhkəməyə gətirilməsini tələb edib
Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və digərlərinin məhkəməsi davam etdirilib. Prosesdə şahid qismində MTN-in keçmiş əməkdaşı Rafiq Abdullayev ifadə verib. O bildirib ki, Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini Ələkbərov Heydərovun saxlanılmasında iştirak edib və onu nazirliyə gətiriblər. O, Ə. Heydərovdan pul alınmasından xəbərsiz olduğunu deyib.
Bakıda quldurluq törədən dəstənin bir üzvü ələ keçib
Paytaxtın hüquq mühafizə orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisində törədilmiş quldurluq cinayətinin üstü açılıb. Bu barədə Bakı şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğunun birgə yaydığı məlumatında bildirilir ki, 15 mart 2017-ci il tarixdə saat 01 radələrində Xətai rayonu ərazisində yerləşən “Ailə ” şirkətinin inzibati binasına naməlum şəxslərin daxil olaraq gözətçi Hüseyn Dünyamalıyevə bıçaqla hədə-qorxu gəlib seyfdə olan 3600 manat məbləğində pulu quldurluq yolu ilə ələ keçirib hadisə yerindən qaçmaları faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci (quldurluq) maddələri ilə cinayət işi başlanıb. Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən üç nəfərdən biri, Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Süleymanov Kamran Sahib oğlu martın 21-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
34 min manatlıq dələduzluq edən şəxs azadlığa buraxıldı
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bəxtiyar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, B. Əliyev barəsində 2 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Hakimlər Kollegiyası qərar çıxararkən təqsirləndirilən şəxsin zərərçəkmişə dəyən ziyanı tam şəkildə ödəməsini nəzərə alıb.
Qızıl külçələri Azərbaycandan çıxarmağa çalışanların məhkəməsi başladı
Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində külli miqdarda qızıl məmulatlarını Azərbaycandan çıxarmaqda təqsirləndirilərək həbs edilən 5 nəfərdən ibarət mütəşəkkil dəstə üzvlərinin işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Əli İnsanovun apellyasiya şikayəti rədd edildi
Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun Qaradağ rayon Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb. Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən Əli İnsanovun vəkili Ağaveyis Şahverdi şikayətə məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyib. Vəkil bildirib ki, cinayət işindəki bir sıra hallara aydınlıq gətirilməsi üçün mütləq araşdırma aparılmalıdır: "Birinci instansiya məhkəməsində təkrar ekspertiza keçirilməsi ilə bağlı vəsatət qaldırmışdıq. Çünki ekspertiza bizim ekspert qarşısında qoyduğumuz suallara cavab verməmişdi. Yəni ekspert rəyi tam deyildi. Amma vəsatətimiz təmin olunmadı".
Azərbaycanda kompleks rəisinin qardaşı 10 kq narkotiklə tutuldu - Məhkəmə
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə narkotik vasitələrin dövriyyəsində təqsirləndirilənŞükür Hümbətov və Mərdan Mehrəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Evdən 500 manat aparan ələ keçib
Fevralın 20-də Şəmkir rayon ərazisindəki evlərdən birindən 500 manat pul oğurlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sarıtəpə kənd sakini E.Yusifov tutulub. Araşdırma aparılır.
Balakən sakininin həyətində 126 ədəd çətənə kolu aşkar edilib
Kultivasiya yolu ilə yetişdirilən 126 ədəd çətənə kolları aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qullar kənd sakini Bayram Əmralıyevə məxsus həytyanı sahəyə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilən 126 ədəd çətənə kolları aşkar edilərək götürülüb.
Keçmiş məhkumdan marixuana götürülüb
Sumqayıt şəhər sakinlərindən marixuana götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakinləri Elməddin Ağayevdən 470 qram, əvvəllər məhkum olunmuş Aqşin Adıgözəlovdan isə 465 qram marixuana götürülüb.
Lapşinin məhkəməsi başladı
Bakı Ağır Cinayətlər Məhkəməsində Aleksandr Lapşinin işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirlən şəxsin anket məlumatları dəqiqləşdirilib. A.Lapşin tərcüməçi ilə təmin olunub. Prosesdə hazırlıq iclası yekunlaşıb və hakimlər iş üzrə məhkəmə baxışının vaxtının müəyyən edilməsi üçün müşavirəyə yollanıb.
Daxili orqanında heroin, tiryək, həşiş qətranı və metadon aşkar edildi
Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, şəxsi yoxlama zamanı zərurət yarandığı üçün sözügedən vətəndaşın daxili orqanları həkim müayinəsindən keçirilib. Nəticədə, həmin şəxsin düz bağırsağında narkotik vasitələr - 2 ədəd bükümdə ümumi xalis çəkisi 57,2 qram olan heroin, 1 bükümdə xalis çəkisi 6,0 qram olan tiryək, 1 bükümdə xalis çəkisi 1,981 qram olan həşiş qətranı, eləcə də 4 ədəd metadon adlı həb aşkar edilib. Faktla bağlı araşdırma aparılır.














