Kriminal
Bakıda silahlı şəxs yaxalanıb
Bakı şəhər sakinindən “Brownings Patent” markalı tapança götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Sadıx Sadıxovdan “Brownings Patent” markalı tapança götürülüb.
Prokuror məhbus yoldaşını balta ilə öldürən şəxsə cəza istədi - 14 il
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Rüfət Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı çıxış edib. Prokuror R.Quliyevin 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Bakı sakini 8 yaşlı qızı soyundurub təcavüz etdi
Azyaşlıya təcavüz etməkdə təqsirli bilinən Abşeron rayon sakini, 1979-cu il təvəllüdlü İbrahim Buğumovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İbrahim Buğumov 15 may 2015-ci il tarixdə, saat 20:45 radələrində sərxoş vəziyyətdə Binəqədi rayonu, Azadlıq prospekti 185 saylı ünvana gəlib. İbrahim Buğumov həmin ünvanda binanın liftində 2009-cu il təvəllüdlü Samirə Əliyeva (ad və soyad şərti verilib - red.) rastlaşıb.
Azərbaycanlı müğənninin qardaşı: "Bağa girəndə ağa bükülmüş meyitini gördüm"
Əməkdar artist Aygün Bəylərin qətldə təqsirləndirilən qardaşı Abbas Hümmətov və onunla ittiham olunan Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, onun qardaşı Elnur Əsirov, Cavid Alxazovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Oğurluqda şübhəli bilinən 4 yeniyetmə saxlanılıb
Oğurluğa cəhd göstərməkdə şübhəli bilinən 4 yeniyetmə tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 27-də Ş.Qurbanov küçəsindəki mağazalardan birindən qapını sındırmaq yolu ilə 380 manat pul və mobil telefon oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən 4 yeniyetmə tutulub.
Qətldə şübhəli bilinən şəxs tutulub
Astara rayon sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, iyunun 27-də Sumqayıt şəhəri ərazisindən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babazadə bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və orada ölüb. Sumqayıt Şəhər Polis İdarəsi və Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Gədəbəy rayon sakini Teymur Sadıqov tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib və o, Şəmkir rayonu ərazisində tutulub.
Paytaxt sakinindən 7,5 kq marixuana götürülüb
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Zaur Allahverdiyevdən 1, 255 qram marixuana götürülüb. Qeyd edək ki, ona narkotik vasitəni satan paytaxt sakini Manaf Ələkbərov müəyyən edilərək tutulub. M.Ələkbərovdan 7 kiloqram 515 qram marixuana götürülüb.
Avtomobildən 8 ədəd mobil telefon aşkar edildi
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mitsubishi Airtek” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı avtomobilin ön oturacaqlarının altında düzəldilən xüsusi saxlanc yerindən gömrük nəzarətindən gizlədilən 2 ədəd “Samsung Galaxy Grand prime”, 3 ədəd “Samsung Galaxy J3 “, 1 ədəd “Samsung Galaxy S7”, 1 ədəd “Samsung X play”, 1 ədəd “H9” markalı mobil telefonlar, müxtəlif adda telefonlara aid qutular, 17 ədəd qidalandırıcı başlıq, 17 ədəd USB kabel, 10 ədəd adapter aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
MTN əməkdaşı adı ilə 1 milyon manat dələduzluq edən qadıının məhkəməsi davam etdirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1 milyon manat dələduzluqda təqsirləndirilən Aygün Akimova və İlham Baxışovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakıda hava limanında şübhəli çanta: rentgen aparatı cinayəti aşkarladı
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən qanunsuz yolla aparılmasına cəhdin qarşısını alıblar.
Qaxda narkotik bitkilər becərən ata, oğul və qızı tutuldu
Qaxda narkotik tərkibli bitkiləri əkib becərən ailə üzvləri saxlanılıb. Qax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində əməliyyat-axtarış tədbiri keçiriblər. Keçirilmiş tədbir zamanı Balakən rayonun Gərəkli kənd sakinləri, 1988-ci il təvəllüdlü Elvin Əli oğlu Umayev, atası 1962-ci il təvəllüdlü Əli Ramazan oğlu Umayev və onun qızı 1985-ci il təvəllüdlü Pirdas Əli qızı Umayevadan qabaqcadan əlbir olaraq bir qrup şəxs qismində birləşib Qax rayon Qorağan kəndində yerləşən meşə sahəsində aqrotexniki qaydada qulluq edib yetişdirdikləri 49 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilirək götürülüb.
26 kondisioner oğurlayan tutulub
İyunun 22-də Tovuz rayonunun Bozalqanlı kəndindəki Mədəniyyət evinin həyətindəki yardımçı otaqdan ümumi dəyəri 9800 manat olan 26 ədəd kondisioner oğurlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəxs tutulub. Abaşdırma zamanı oğurluğu həyata keçirənin Gəncə şəhər sakini Tahir Orucov olduğu müəyyən edilib.
Altı tələbənin ölümünə səbəb olan sürücünün 14 nəfərlik mikroavtobusa 27 sərnişin götürdüyü məlum olub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib. Prosesə sədrlik edən hakim Novruz Kərimov bildirib ki, zərərçəkmiş şəxslər hələ ki, özlərinə vəkil tutmayıblar.
Arif Məmmədov və Elnur Nağızadə rəsmi axtarışa verildi
Keçmiş diplomat Arif Məmmədov və ləğv olunmuş TQDK-nın mətbuat katibi Elnur Nağızadənin axtarış dosyesi Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) saytında yerləşdirilib.
Avtoyuma mənqətəqəsindən 12 min manatlıq oğurluq
İyunun 21-də Göyçay rayonunda yaşayan Məzahir Həsənov Rayon Polis Şöbəsinə müraciət edərək iyunun 16-da ona məxsus avtomobillərin yuyulması məntəqəsindən oğurluq olması barədə məlumat verib.














