Kriminal

Qadına qarşı soyğunçuluq edən şəxs tutulub

3 İyul 2017 16:29

Oğuluqda şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, iyunun 1-də saat 7 radələrində Binəqədi rayonu S.S Axundov küçəsində naməlum şəxs Beyləqan rayon sakini Şam Rejepova zor tətbiq edərək cibində olanları verməsini tələb edib, səs-küy yarandığından metronun “Azadlıq” stansiyası istiqamətində qaçmağa başlayıb.

Nişanlısını öldürən şəxsin məhkəməsi başladı

3 İyul 2017 16:01

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə ittiham olunan Nəcəf Məcidovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Əhməd Quliyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Akif Çovdarov məhkəmədə ifadə verir

3 İyul 2017 15:40

Bu gün Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və digər 3 sabiq MTN əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Leyla və Arif Yunusların məhkəməsi təxirə salınıb

3 İyul 2017 13:54

Bu gün Bakı Apelyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunus barəsində hökmdən verilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib.  

DİN Bakıda qadının zorla qaçırılması ilə bağlı araşdırma aparıb

30 İyun 2017 18:18

İyunun 29-da bir bəzi xəbər portallarında Nərimanov rayonu ərazisində qadının zorla avtomaşına əyləşdirilməsi ilə bağlı yayılmış videogörüntülər araşdırılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, araşdırmalar zamanı müəyyən edilib ki, həmin gün səhər saat 7.00 radələrində Bakı şəhər sakini Elnur Həsənov (ad şərtidir) idarə etdiyi “VAZ-21154” markalı avtomaşınla tanışı, Bakı şəhər sakini Mehparə Hüseynovanı (ad şərtidir) mənzilinə apararkən Z.Bünyadov prospektinin Nərimanov rayonu ərazisindən  keçən hissəsində aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb, bu zaman qadın nəqliyyat vasitəsini saxlatdıraraq düşməyə cəhd göstərib. Lakin sürücü mübahisənin qarşısının alınması məqsədi ilə sərnişini zorla avtomaşına əyləşdirib yoluna davam edib.  

Azərbaycanda axtarışda olan keçmiş deputatlığa namizəd tutulub

30 İyun 2017 17:35

Azərbaycanda axtarışda olan qadın tutulub. Nizami rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1968-ci il təvəllüdlü Şirəlizadə Xalidə Hüseynəli qızı saxlanılıb.

Avtomobildən 33 ədəd mobil telefon aşkar edilib

30 İyun 2017 16:18

Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “VAZ 21043 ” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Bakıda oğurluq edən şəxs tutulub

30 İyun 2017 16:07

Oğurluqda şübhəli bilinən Xudat rayon sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, iyunun 12-də Xəzər rayonu ərazisindəki bağ evlərindən birindən 4 ədəd qapı çərçivəsi və su mühərriki oğurlamaqda şübhəli bilinən Xudat rayon sakini Rüstəm Nurməmmədzadə Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşları tərəfindən tutulub.

Şəki sakinindən 10 kq marixuana götürülüb

30 İyun 2017 15:02

Şəki şəhər sakinindən 10,830 kq marixuana götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a  verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yevlax rayonu ərazisində Şəki şəhər sakini Bəxtiyar Paşabəyovdan 10 kiloqram 830 qram marixuana götürülüb.

“İnterpol” xətti ilə axtarışda olan Türkiyə vətəndaşı Azərbaycanda tutulub

30 İyun 2017 14:11

Dövlət Miqrasiya Xidmətinin (DMX) qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər nəticəsində uzun müddət Azərbaycanda qanunsuz yaşayan Türkiyə vətəndaşı Hasan Tekbıçak saxlanılıb. DMX-nin mətbuat xidmətindən verilən məlumata görə, aparılmış araşdırmalar zamanı Hasan Tekbıçakın “İnterpol” tərəfindən axtarışda olduğu və cinayət məsuliyyətindən yayınmaq məqsədilə Azərbaycanda məskunlaşdığı məlum olub. Hasan Tekbıçak aidiyyəti üzrə daxili işlər orqanlarına təhvil verilib.

"Piyan idim, yumruq atdım, burnu sındı" - Oğurluq edən keçmiş məhkum saxlanıldı - VİDEO 

30 İyun 2017 12:43

İyunun 27-də saat 02 radələrində paytaxtın Xəzər rayonu Zirə qəsəbəsi ərazisindəki bağ evlərindən birinə gələn naməlum 2 nəfər orada olan gözətçi İqor Vasinə küt alətlə xəsarət yetirib, təmir-tikinti alətləri və bir ədəd "DVD player" götürərək hadisə yerindən qaçıblar. Vasin xəstəxanaya yerləşdirilib.

Bakıda modelin öldüyü hadisə ilə bağlı yeni faktlar - Qızları qayığa kim mindirib?

30 İyun 2017 12:41

Bir neçə gün əvvəl Bakı şəhərinin Sabunçu rayonu ərazisində çimərlikdə model Günel Mirzəyevanın öldüyü hadisə ilə bağlı maraqlı faktlar üzə çıxıb.   Hadisə Bilgəhdə - Kardioloji sanatoriyanın yaxınlığındakı çimərlikdə baş verib

Bakıda 1 mənzili 6 nəfərə satan şirkət direktorunun cinayət işi ayrılıb

30 İyun 2017 12:09

Dələduzluqda təqsirləndirilən "AENT-E" MMC-nin direktoru Əkbər Cəfərovun cinayət işi daha bir hakimin icraatına verilib. Buna səbəb Ə. Cəfərovun cinayət işi üzrə zərərçəkmişlərin çox olmasıdır. 400 nəfər zərərçəkmişin şikayəti üzrə yeni cinayət işi hakim Eynulla Vəliyevin icraatında araşdırılır.

Bakıda sevgilisini bıçaqlayan qadının məhkəməsi başladı

30 İyun 2017 11:42

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilənRamilə Əliyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Beytulla Hüseynov MTN generallarının məhkəməsində ifadə verib

29 İyun 2017 18:39

Bu gün Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.