Kriminal
Çovdarovun şahidləri polis gücünə gətiriləcək
Bu gün ləğv olunmuş MTN-nin generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə hazırda həbsdə olan, general Sübahir Qurbanov və digərlərinin cinayət işində təqsirləndirilən Fərhad Atayev ifadə verib. O, MTN-də işlədiyi üçün Akif Çovdarov və digərlərinin adını bildiyini, lakin münasibəti olmadığını və onları tanımadığını deyib.
Dinc azərbaycanlılara qarşı erməni vəhşiliyi - FOTOFAKT (18+)
Ermənistan Silahlı Qüvvələri iyulun 4-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər.
Təqsirləndirilən şəxs: "Əli Abbasov mənim əvəzimə 2 milyon manat ziyanı ödəyəcəyinə söz verib"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən Beytulla Hüseynovun vəkili Cəlil Mirzəyev çıxış edib. O deyib ki, B. Hüseynovun dövlətə vurduğu ziyan tam ödənilib.
Bu il narkotiklə bağlı 1023 nəfər cinayət məsuliyyətinə cəlb edilib
Bu ilin 5 ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 1386 fakt aşkar edilib. Bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev bildirib.
MTN generallarının məhkəməsində zərərçəkmiş istintaqa verdiyi ifadədən imtina edib
Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakıda 15 il əvvəl polisi güllələyib Rusiyaya qaçan şəxsə hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2002-ci ildə Bakıda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Eldar Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, E. Zeynalov 12 il müddətinə azadlıqdan məhrum edilib.
Evində pulsuz qaldı, üstəlik təqaüdünü də oğurladı
Azərbaycanda qəribə cinayət hadisəsi baş verib. Daxili İşlər Nazirliyi Qusarda baş vermiş oğurluq hadisəsi ilə bağlı geniş məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 30-da Qusar şəhər sakini olan 89 yaşlı Zərxanım Nurullayevanın qızı anasının banklardan birinə məxsus hesabından pulunun çıxarılaraq oğurlanması barədə rayon polis şöbəsinə ərizə ilə müraciət edib.
Velosipedlərin qənimi ələ keçib
8 velosipedi oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini tutulub.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 1-də və 2-də rayon ərazisində vətəndaşlara məxsus 8 velosipedi oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Səbuhi Mirzəyev tutulub.
Bakıda DƏHŞƏTLİ OĞURLUQ!
Azərbaycanlı iş adamını qətlindən bir neçə saat əvvəl görüşə çağırıblar
"Bulaq" restoranındakı atışma ilə bağlı polislər ifadə verdi
Bakı Ağır Cinayətlər Məhkəməsində Badamdar qəsəbəsindəki "Bulaq" restoranında baş verən silahlı insidentdə təqsirləndirilən 9 nəfərin cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.
AXCP sədrinin köməkçisinin məhkəməsində şahid ifadə verib
Bu gün Səbayel rayon Məhkəməsində AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin əməkdaşı Həsən Əliyev ifadə verib.
Lapşinin anası məhkəmədə ifadə verəcək
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan bloqger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda şahidlər ifadə verib.
Qohumunu bıçaqlayan şəxs tutulub
Lerik rayonunda qohumlarını bıçaqlayan şəxs saxlanılıb. DİN-dən “Olaylar2a verilən məlumata görə, iyunun 30-da Lerik rayonunun Hamarmeşə kəndində yaşayan Bahadır Nəhmətovun evinin həyətində qohumu Ramil Hüseynov münaqişə zəminində ona və qızı Ülviyyəyə bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. R. Hüseynov Lerik RPŞ-nin əməkdaşları tərəfindən yaxalanıb. Hadisədən sonra qollarına bıçaqla xəsarət yetirdiyindən ona Lerik Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.














