Kriminal
Bağ evlərinin qənimi ələ keçib
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis böləsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 4-də rayon ərazisindəki bağ evlərindən birindən 100 manat pul, qızıl və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Asif Quliyev tutulub.
Azərbaycanlı biznesmeni diri-diri basdıran Lotu Qulinin adamları axtarılır
İyunun əvvəlində biznesmen Hikmət Salayevin şantajçı-şəriklərinə 30 milyon rubl verməkdən imtina etməsindən sonra diri-diri basdırılması ciddi səs-küyə səbəb oldu. Lakin sahibkarlardan 90-cı illərdəki kimi, rəngarəng və incə fəndlərdən istifadə edib pul qoparmaq davam edir. Hikmət Salayevin payına düşən ciddi sınaq haqqında iyunun 6-də məlum olub. KİV-lərdəki məlumata görə, biznesmenin şərikləri ondan 30 milyon rubl tələb ediblər. İş adamı pulu verməkdən imtina edəndə cinayətkarlar onu Lyuberets qəbristanlığında mobil telefonunu saxlamaqla basdırıblar. Salayev kiçik qardaşı İsmayıla zəng edə bilib və o oğrulara 1,2 milyon rubl və beşinci seriyadan olan BMW avtomobili gətirib. Bundan sonra biznesmentin tərəfdaşları onu haraya basdırdıqlarını göstəriblər.
Məhkəmə Aleksandr Lapşinin vəsatətini təmin edib
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan bloqger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda üç məcburi köçkün şahid qismində ifadə verib.
Həmkəndlisini qətlə yetirənin qolları qandallandı
Qusar rayonunun Xurel kənd sakinini qətlə yetirməkdə şübhəli bilinən həmkəndlisi tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, iyulun 5-də Qusar rayonunun Xurel kəndindən kənd sakini İlqar Ulubəyov sifət nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və qanaxmadan orada ölüb. Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən kənd sakini Ramiq Aydabəyov tutulub. Hazırda faktla bağla cinayət işi başlanılıb.
Təcili yardım həkimi bıçaqlandı
İyulun 6-da saat 2 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki Təcili Tibbi Yardım Stansiyasının qarşısında Qazax rayon sakini Ayaz Hüseynov münaqişə zəminində orada həkim işləyən Bakı şəhər sakini Əflatun Yusifovun qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Ə.Yusifov xəstəxanaya yerləşdirilib. A.Hüseynov Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları tərəfindən tutulub. Faktla bağlı araşdırma aparılır.
Dərman qutularında narkotik keçirmək istədi
Azərbaycana gələn İran vətəndaşında metadon aşkar olunub. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşına məxsus iki ədəd dərman qutusunda, təsiredici maddəsinin ümumi miqdarı 10 qram olan tramadol və təsiredici maddəsinin ümumi miqdarı 5,98 qram olan metadon adlı dərman preparatları aşkar olunub. Qeyd edək ki, tramadol "Güclü təsir edən maddələrin Siyahısı"na, metadon isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir. Faktla bağlı araşdırma aparılır.
"Gəlinim gənc oğlanla sevişirdi" - 16 yaşlı oğlana AĞIR CƏZA
Bakıda anasının öldürməkdə ittiham olunan 16 yaşlı Maarif Əliyevin cinayət işi üzrə məhkəmə başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakimƏhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Söz dövlət ittihamçısına verilib. Prokuror Maarif Əliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Azərbaycanlı iş adamının ölümü ilə bağlı yeni detal : bıçaqlanandan sonra yaralı vəziyyətdə qəza törədib
Beynəlxalq yükdaşımalarla və logistika ilə məşğul olan Çexiya şirkəti "Tern Transport & Trading CZ"-in rəhbəri, azərbaycanlı biznesmen Rəşad Qafarovun Praqada müəmmalı qətlinin bəzi təfərrüatları məlum olub.
Ayaqqabının dabanında oğluna heroin ötürmək istədi
Penitensiar Xidmətin Baş idarəsinin və 7 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən “Olaylar”a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən, 5 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nəbiyev Müşfiq Qahir oğlu ilə qısamüddətli görüşə gəlmiş anası, Mingəçevir şəhər sakini Nəbiyeva Vahilə Xəlil qızı tərəfindən gətirilmiş sovqatda olan ayaqqabının daban hissəsində xüsusi üsulla gizlədilmiş kağız bükülüdə 0.164 qram narkotik vasitə - heroin aşkar edilərək götürülüb. Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Xətai Rayon Polis İdarəsinə göndərilib.
Cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirmək istəyən qadın saxlanılıb
Penitensiar xidmətin Baş idarəsinin və 7 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
6 kişi otlaq sahədə 12 yaşlı uşağı dəfələrlə zorladı, videoya çəkdi - Azərbaycanda DƏHŞƏT
Samux rayonunda 12 yaşlı oğlana təcavüz etməkdə təqsirli bilinən 1998-ci il təvəllüdlü Sənan Bağırov və onun həmyaşıdı Murad Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bir ay sonra şikayət etdi - Bir gün sonra oğrular tutuldu
İyulun 4-də Zaqatala rayonunun Yuxarı Tala kənd sakini İlqar Davudov iyunun 26-da evindən külli miqdarda pul və qızıl-zinət əşyalarının oğurlanması barədə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. O, polisə gec müraciət etməsinin səbəbini yaxın çevrəsindən şübhələnməsi və axtarışlarının bir nəticə verməməsi ilə izah edib.
Lapşinin anası məhkəmədə ifadə verəcək? - Vəkildən AÇIQLAMA
Aleksandr Lapşinin anası məhkəməyə çağırılmayacaq. Bu barədə açıqlamasında A.Lapşinin vəkili Eduard Çernin deyib. Vəkil bildirib ki, A.Lapşinin barəsində olan cinayət işi üzrə məhkəmə prosesinə anasının çağırılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir: "Məhkəmə Lapşinin anasının şahid qismində prosesə çağırılması barədə qərar qəbul etməyib. Ona görə də Lapşinin anası məhkəmədə ifadə verməyəcək".
Bakıda 300 minlik obyekti ələ keçirdiyi üçün tutulan qadın öldü
Bakıda 300 minlik obyekti ələ keçirməkdə təqsirləndirilərək 11 il müddətinə azadlıqdan məhrum edilən Ceyran Rüstəmova ölüb. Ağır xəstəlikdən əziyyət çəkən məhkum Penitensiar Xidmətin Müalicə Müəssisəsində vəfat edib.
Münaqişə zəminində törədiən cinayətin üstü açıldı
Bakı şəhər sakininə xəsarət yetirməkdə şübhəli bilinən çəxs tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, iyulun 4-də saat 4 radələrində Yasamal rayonu ərazisindən Bakı şəhər sakini Timur Əlibalayev kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib. Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən paytaxt sakini Azər Mahmudov tutulub.














